“Sabah”ın baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının 13-cü turunda “Səbail”lə oyundan sonra mətbuat konfransı keçirib.
Qol.az xəbər verir ki, rusiyalı mütəxəssis komandasının 2:0 hesablı qələbəsini belə şərh edib:
“Çətin qələbə alındı. Bu gün heyətdə müəyyən dəyişiklik etmişdik. Bəzi aparıcı futbolçular yox idi. Üstəlik, son 3 oyunu iddialı rəqiblərə qarşı keçirmişdik. Şadam ki, komandam bu gün intizamlı çıxış etdi. Bu qələbə mənim üçün çox dəyərlidir”.
- “Neftçi” dünən vacib 2 xal itirdi. Sizcə, çempionluq mübarizəsində 2 komanda qaldı?
- Belə düşünmürəm. Çünki qarşıda hələ çox oyun var. Biz çempionluq barədə yox, növbəti oyun barədə düşünməliyik.
- Mövsümün əvvəlində “ASCO Arena”nın qazonu dəyişdirildi. İndi meydançanın durumunun daha yaxşı olduğunu söyləmək olar?
- Ötən mövsüm qazon bərbad durumda idi. Dəyişiklik olması müsbət haldır. Amma yenə də biz təbii meydançada oynamağa öyrəşmişik. Ona görə də ilk 20 dəqiqədə komandam müəyyən qədər çətinlik çəkdi. Azərbaycan cənub ölkəsidir, buna görə də istərdim ki, bütün stadionların qazonu təbii olsun. Amma hər klub öz büdcəüsinə uyğun addım atır.
- Qarşıdan “Qarabağ”la oyun gəlir. Həmin matçdan nə gözləyirsiz?
- “Qarabağ” Avropa səviyyəli komandadır. Böyük oyun olacaq. Həmin gün azarkeşlərin də sayının çox olacağını düşünürəm. Biz özümüzə inanmalıyıq.
- Futbolçunuz Boyan Letiç 3 epizodda gənc azərbaycanlı futbolçulara ciddi etiraz bildirdi. Ona belə bir icazə vermisiniz?
- Mən futbolçuların azərbaycanlı, yaxud legioner olmasına fərq qoymuram. Futbolçularımı yerli və ya legioner deyə ayırmıram. İndi oyun bitib və futbolçular qələbəyə sevinirlər.
- “Qarabağ”ın “Frayburq”la oyununu sizin klub rəhbərliyi də izləyirdi. Onların sizdən “Qarabağ”la matç barədə xüsusi istəkləri var?
- Xeyr, rəhbərliklə belə bir söhbətimiz olmayıb.
- Deyilənə görə, “Sabah”ın bəzi yerli futbolçuları “Qarabağ”ın maraq dairəsindədir. Bu məqam sizi narahat etmir?
- Bu, sadəcə şayiədir. Ona görə də şərh etmək istəməzdim. Hər hanslı real təklif yoxdur. Elə bir şey olsaydı, klub rəhbərliyi mənə deyərdi.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı