"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 13-cü turunda "Neftçi" ilə heç-heçə etdikləri matçdan (2:2) sonra mətbuat konfransı təşkil edib. Qol.az xəbər verir ki, o, əvvəlcə matçla bağlı fikirlərini bölüşüb:
- Oyun gərgin keçdi. Sizin suallarınız daha çox olar. Marağınızın hardan qaynaqlandığını bilirəm. İstəmirəm ki, futbolçularımın belə əziyyət çəkdiyi və heç-heçə etdiyi oyuna kölgə salım. İşlərimiz çoxdur. Bizim oyunumuz bu deyil. Bu qədər boşluqdan sonra sən də nələr etməlisən. Komanda bu vəziyyətdə yaxşı oynadı. Səbuhi Abdullazadə, Murad Xaçayev istiliyi ola-ola oynadı. Oyundan tez-tez düşürdülər. Azarkeşlərimiz möhtəşəm idi. Bizim futbolumuz daha gözəl olacaq. "Sumqayıt"ın rəqibləri üçün nə olacağını görəcəksiniz.
- Bir həftədə komandanın oyun planında nə dəyişib?
- Əsas olan futbolçularımın dediklərimi dərk etməyidir. "Turan Tovuz"la səfərdəki oyun sönük keçdi. Düzdür, rəqib qazanmışdı, amma biz də udsaydıq, eyni sözləri deyərdim.
- "Sumqayıt"ın bu oyununu zəif təsir bağışlayan "Neftçi" rəhbərliyinə bir mesaj kimi qəbul etmək olar?
- "Neftçi"yə nəyisə sübut etmək fikrim yoxdur. Mənim "Neftçi" ilə əlaqəm qalmayıb. Bu gün qələbə qazana bilərdik. Vaxt lazımdır. Heç kimə ismarıc göndərmək istəmirəm. Oyuna digər matçlardakı kimi hazırlaşmışdıq.
- Aydın Bayramovun oyununda geriləmə hiss olunur. Bu, rəqabətsizlikdən qaynaqlanır?
- Mən bura gələndə artıq vəziyyət belə idi. Aydına bir şey olsa, bəlkə də İlnura yol açılar. Hər şeyi axarına buraxaq. Qışda qapıçı məsələsinə mütləq baxacağıq.
- Regekampfla mübahisə etməyinizin səbəbi nə idi?
- Bu. iki kişinin arasında olan söhbətdir. Bunu açıqlamaq istəmirəm. Qırmızı vərəqə gözləmirdim. Həddindən artıq əsəbiləşmişdim.
- Son dəqiqələrdə qaçırılan epizodlarda hansı hissləri keçirdiniz?
- Tutub onu döyərdim (gülür).
- Heç-heçəni qələbəyə bərabər hesab edirsiniz?
- Qələbəyə bərabər tutmuram. Fikirləşirəm ki, qalib gələ bilərdim.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı