“Qarabağ” - “Frayburq” görüşü öncəsi düşüncələr
1982-ci ildən başlayaraq Almaniyaya çoxsaylı səfərim olub. İndi həmin görüşlərin sayını, iştirak etdiyim tədbirlərin adını dəqiq xatırlamaq mənim üçün o qədər də asan deyil. Amma Almaniya ilə əyani tanışlığımın ilk ünvanını unutmamışam. Bu, məhz Frayburq şəhəri idi. Uzaq 1982-ci ildə hansı tale məni Frayburqa aparıb çıxarmışdı?
O dövrdə Frayburq Dağ-mədən Akademiyası ilə təhsil aldığım Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (AZİ) arasında yaxşı əlaqələr qurulmuşdu və bu iki ali təhsil ocağının tələbələrinin yay düşərgəsi mübadiləsi aparılırdı. Mən də məhz həmin mübadilə layihəsi sayəsində bu gözəl şəhəri ziyarət etmək fürsəti qazanmışdım.
Yaddaşımda xoş xatirələrlə qalan Frayburq şəhərinə bir də düz 26 il sonra səfər edə bildim. Ailəmlə səfərim yağışlı, çiskinli havaya təsadüf etmişdi.
Bu sətirləri yazmaqda məqsədim isə futbolla bağlı olacaq. Həm də xatirə və təəssüratlarımı sizlərlə bölüşməyə çalışacam.

Yazının müəllifi Çingiz Abdullayev
Son illər Azərbaycanı layiqincə təmsil edən “Qarabağ” klubunun 2010-cu ildə “Borussiya” (Dortmund) ilə oyunu öncəsi “525-ci qəzet”də “Qarabağ sədası” adlı məqalə yazmışdım. Bir neçə gün sonra həmin yazı Almaniya mətbuatında da dərc edildi və maraqla qarşılandı. Yaxşı yadımdadır, “Qarabağ”ın Dortmunda səfəri öncəsi Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov və köməkçisi Elçin Rəhmanovla maraqlı görüşüm oldu. Jürgen Klopun güclü komandasına qarşı meydanda gözlənilən mübarizə, oyun günü diaspor fəalları və soydaşlarımızın stadionda dəstəyinin vacibliyi barədə müzakirə apardıq. Görüş zamanı klubun bəzi veteranları da söhbətimizə qoşuldular və “Qarabağ”ın maddi çətinlik yaşadığı illərdə qardaşım Nazim Abdullayevin Ağdam komandasına dayaq durmasını böyük şükranlıqla xatırladılar.
Bir neçə il sonra iş elə gətirdi ki, püşk “Qarabağ”ı daha bir alman klubu ilə qarşılaşdırdı. Bizim “Köhlən atlar” bu dəfə Frankfurt təmsilçisi “Ayntraxt”la üz-üzə gəldi. Güclü alman rəqiblərlə qarşılaşmalar gözlərimiz önündə böyüyən, güclənən “Qarabağ” üçün əla fürsət oldu.
Məhz belə oyunlarda əzmkar mübarizə, əsl xarakter göstərən Qurban Qurbanovun döyüşçüləri azarkeşlərə sevinc hissi yaşatmaqla yanaşı Avropanın futbol məkanında adından söz etdirməyə başladılar. İndi isə qarşıda bizi “Frayburq”la maraqlı oyun gözləyir. Frayburqun yerləşdiyi Baden-Vürttemberq torpağından 200 il öncə Azərbaycana köç etmiş almanlar Gəncə yaxınlığında Göygöl, Şəmkir, Tovuz və Ağstafada məskunlaşmışlar. Onların buraxdığı tarixi iz bu gün də qorunur. Göygöl və Şəmkir rayonlarının mərkəzləri sanki açıq səma altında bir muzeyə bənzəyir. Yeri gəlmişkən, tarixən almanlar Azərbaycanla yanaşı, Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində əsasən Bolnisidə məskunlaşıblar. Bu faktın özü də azərbaycanlıların multikultural dəyərlərə ehtiramının göstəricisi sayıla bilər. Düşünürəm ki, rəqib klubun alman baş məşqçisi Kristian Ştrayxın mətbuat konfransında Azərbaycana və Gürcüstana səfər istəyi də məhz bu məsələdən qaynaqlanır.
Cənab Ştraykın bizim dadlı yeməklərə marağı yəqin eşitdikləri ilə bağlıdır. Bəlkə də Azərbaycan futboluna daim rəğbət bəsləyən yaxın dostum, məşhur futbol məşqçisi Bernd Ştangenin müsahibələrindən və ya Baden-Vürttemberq torpağının keçmiş baş naziri Günter Öttingerin səfər təəssüratlarından, yaxud da professor Manfred Romelin, Jürgen Maasın, Uli Arnoldun Azərbaycan haqqında fikirlərindən qaynaqlanır.
Frayburqa yolum sonuncu dəfə 2008-ci ilin yayında düşüb. Yazılarını həmişə maraqla oxuduğum Aydın Bağırovun bu gözəl şəhərlə bağlı reportajı ilə tanış olanda anladım ki, ötən illər ərzində şəhərdə elə bir önəmli dəyişiklik olmayıb. Yalnız klub bundesliqa nəhəngləri arasında öz yerini möhkəmləndirib.
Düşünürəm, Bakıya səfər edəcək almaniyalı qonaqlar şəhərimizə valeh olmaqla yanaşı, soyuq noyabr havasında isti münasibəti hiss edəcəklər. Futbol oyunu nəticəyə köklənsə də, sonda dostluq qalib gələcək.
Çingiz Abdullayev
Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər