“Əliyar Ağayev Çempionlar Liqasının qrup mərhələsinin oyununu idarə etməyə 4 il bundan qabaq hazır idi. Sadəcə olaraq o bədnam, başıbəlalı Ştuxlik (AFFA Hakimlər Komitəsinin sabiq sədri Fritz Ştuxlik – R.A) onun hakimliyinə zərbə vurdu. Özünüz gördünüz ki, hakimliyi nə günə qoydu”.
Bu sözləri Qol.az-a açıqlamasında AFFA Hakimlər Komitəsinin keçmiş sədri Xaqan Məmmədov deyib.
Xatırladaq ki, Əliyer Ağayev ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyunu idarə edəcək. O, noyabr 2-də “Kopenhagen” (Danimarka) – “Borussiya” (Dortmund, Almaniya) matçına təyinat alıb.
X.Məmmədov onun kadrı olan Ağayevin bu təyinatına görə hamıdan çox sevindiyini bildirib: “O, buna çoxdan layiq idi. Sadəcə olaraq Ştuxlik UEFA ilə münasibət qura bilmədi. Hansı ki, onu buna görə gətirmişdilər. Amma heç nə edə bilmədi. UEFA da gördü ki, maraqlanmırlar. Amma indiki Komitə sədri Barış Şimşək belə başa düşürəm ki, hansısa cəhdləri edir".
Keçmiş komitə sədri bildirib ki, vəzifəsində qalsaydı, Əliyar Ağayev artıq ÇL-in qrup məhələsində bir neçə oyun idarə edərdi: “İnanıram ki, bundan da yaxşı oyunlar idarə edəcək. Əliyar belaruslu hakim Klubakovla birlikdə kateqoriya almışdı. O, indi ÇL-in qrupunda vacib oyunları idarə edir. Hansı ki, Əliyar ondan güclüdür. Amma Klubakov qabağa getdi. Əliyarın isə “yiyəsi” olmadı, qaldı geridə. Təvazökarlıqdan uzaq olsa da deyim ki, mən qalsaydım, Əliyar artıq ÇL-in qrup oyunlarını idarə etmişdi. Çünki biz iş görmüşdük və görürdük. Hər şey hazır idi. Ştuxlik isə gəldi, ancaq özü üçün işlədi, pulunu qazandı, getdi”.
X.Məmmədov qeyd edib ki, Əliyar Ağayevin uğurları hələ qabaqdadır: “Əliyar daha da qabağa gedəcək. Çünki hamı ilə yaxşı münasibət qura bilir: UEFA nümayəndələri ilə də, meydanda futbolçularla da. Hər şey onun öz əlindədir. Amma mən ona yüz faiz inanıram. “Borussiya” kimi komandanın oyununu ona həvalə ediblər. Bəlkə də Əliyar qrup oyunlarını idarə edənlər arasında ən gənclərindəndir. Adətən UEFA ÇL-in qrup mərhələsinin samballı oyunlarını 40-45 yaş arası hakimlərə tapşırır. Çünki bu, hakimlərin ən yaxşı, müdrik çağlarıdır. Ona görə də hələ Əliyar üçün hər şey qabaqdadır”.
Ramiq Ağaməmmədov
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı