"Komandanı, rəhbərliyi ve azarkeşləri təbrik edirəm. Uşaqlar meydanda xarakter göstərdilər, son dəqiqəyə kimi mübarizə apardılar. Bu mübarizənin nəticəsində qələbə qazandıq".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının 12-ci turunda bu gün "Qəbələ"yə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
O, 2:1 hesablı qələbəni belə şərh edib: "Qalibiyyət bizim üçün mental cəhətdən də önəmlidir. Matçın sonlarına yaxın yorulmadıq. Bunlar məşqlərdə ağır və səylə çalışmağımızın nəticəsidir. Bir şey demək istəyirəm. Bundan sonra rəqib oyunçular hər kiçik toxunuşdan sonra yıxılıb yerdə qalacaqlarsa və ya ikinci dəqiqədə qol vurub, 88 dəqiqə özlərini yerə atacaqlarsa, biz topu kənara çıxarmayacağıq. Bunun feyr-pleylə əlaqəsi yoxdur. "Qəbələ"nin bir neçə oyunçusuna da sarı vərəqə göstərilmədi. Hakim deyirsə ki, sərt oynayaq, mən razıyam. Həmişə sərt oyunun tərəfdarı olmuşam".
Rusiyalı mütəxəssis rəqib futbolçularının vaxtı bilərəkdən uzatmasından gileylənib: "Buna görə temp aşağı düşür. Avroliqa oyunlarında belə şey olmur. Futbol hiyləgərliyi var. Bunu yüksək tempin qarşısını almaq üçün bir-iki dəfə etmək olar. Amma eyni hal 10-15 dəfə təkrarlanırsa, düzgün deyil. Bu gün "Şamaxı" - "Qarabağ" matçına baxdım. Orada da eyni hal yaşanırdı. Elə başa düşdüm ki, "Şamaxı"nın bütün futbolçuları xəstələnib. Görsək ki, həqiqətən də oyunçu zədələnib, onda topu kənara çıxararıq. Amma özünü zədələnmiş kimi göstərib, bir dəqiqə sonra qaçırsa, belə olan halda yox".
M.Musayev komandasının ilk hissədəki gərginliyindən də danışıb: "Biz turnir cədvəlinə baxmamalıyıq. Düz deyirsiniz, oyuna çox pis başladıq. Rəqib 5-ci dəqiqədə önə keçdi. Amma 10 dəqiqə sonra əvvəlki "Sabah"ı meydanda görməyə başladıq. Unutmamalıyıq ki, "Qəbələ" əks-hücumlarda çox təhlükəli rəqibdir. Hesabın 0:1 olmasına baxmayaraq, biz nəticəni öz xeyrimizə dəyişə bildik".
Musayev "Qəbələ" haqda müsbət fikirdə olduğunu da əlavə edib: "Qəbələ" komandasına simpatiyam var. Onlar çox gözəl futbol sərgiləyirlər. Maraqlı fikirləri, ideyaları olan komandadır. Qarşılaşmadan sonra rəqib baş məşqçinin əlini sıxdım. Onlara gələcək oyunlarda uğurlar və qələbələr arzulayıram".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı