“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 12-ci turunda səfərdə “Şamaxı” üzərində qazanılan 4:0 hesablı qələbəni şərh edib.
Qol.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında görüşlə bağlı bunları deyib:
Həmçinin oxuyun: “Qarabağ”da ciddi itki
“Futbolçularımı təbrik edirəm. Çox əziyyət çəkdilər. Komandada yorğunluq var idi. Digər tərəfdən də süni örtüyə görə topla rahat davrana bilmirdik. İkinci hissədə daha sərbəst oynadıq. Çox vacib qalibiyyət əldə etdik. “Şamaxı”ya uğurlar arzu edirəm”.
- Kevin Medinanı 15 dəqiqə oynatmaq əvvəldən planınızda var idi?
- Bəli, əvvəldən var idi. Hətta onu meydanda daha çox görmək istəyirdim. Lakin Ozobiçin meydandan tez çıxması müəyyən qədər planlarımızı pozdu.
- İkinci hissədə sona yaxın 4 hücumçu ilə oynadınız...
- Bəzi oyunçuların 20-25 dəqiqə meydanda olmasını istəyirdik. Həm məşq xarakterli, həm də yerdəyişmələri hiss etsinlər. Sabah nə olacağlnı bilmirik. Ona görə də bəzi yerdəyişmələr etdik.
- Özünüz də qeyd etdiniz ki, oyun ağır keçdi. Xüsusən də birinci hissədə. Bu, nə ilə bağlı idi?
- Bu gün müəyyən çətinliklər yaşadıq. Qazon süni idi, top çox qalxırdı yerdən. Bir qədər də komandada yorğunluq var. Ardıcıl oyunlar təsirini göstərir. Hava da sanki həddindən artıq təmiz idi. Ola bilər ki, bu da futbolçulara təsir etsin. “Şamaxı”nın oyunlarına baxmışam. Əksər oyunlarda komanda uduzmalı deyildi. Burada bütün rəqiblər çətinliklə üzləşirlər.
- Vaxtından əvvəl çempionluq planları varmı?
- Belə bir şey olsaydı, çox yaxşı olardı (gülür). Amma mövsümün heç yarısını oynamamışıq. Qarşıda hələ çox oyunlar olacaq. Çempionluğun taleyini tez həll etməyi düşünsək, bu, komandaya mənfi təsir göstərər.
- Nəriman Axundzadə bu gün debüt etdi. Onun çıxışını necə qiymətləndirirsiz?
- Onun oyunundan razı qaldım. İlk hissədə oyuna tam qoşula bilməsə də, ikinci hissədə meydanda daha rahat hərəkət edirdi.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı