"Sumqayıt" Tovuzda ciddi itki ilə üzləşdi

"Sumqayıt" Tovuzda ciddi itki ilə üzləşdi
ÖLKƏ FUTBOLU 28 Oktyabr 2022 / 15:30 2051
-  A +

Misli Premyer Liqasının 12-ci turunda hazırda "Turan Tovuz"la qarşılaşan “Sumqayıt” ciddi itki ilə üzləşib.

Qol.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Alya Ture zədələnib.

Qvineyalı oyunçu matçın əvvəllərində ayağından xəsarət alıb. O, 20-ci dəqiqədə  Rüfət Abdullazadə ilə əvəzlənməli olub. 

Qeyd edək ki, hazırda ilk hissəsi gedən “Turan Tovuz” - “Sumqayıt” qarşılaşmasında hesab açılmayıb.


Son xəbərlər
topaz banner