Bakıdan Nanta altı saatlıq yorucu uçuşdan sonra “Qarabağ”ı Fransaya gətirən təyyarə “Nant Atlantik” hava limanına eniş edir. Aeroportdan çıxarkən bir qrup həmyerlimizin “Qarabağ”, “Qarabağ” alqış sədaları eşidilir. Onlar sevimli komandalarını dəstəkləmək, tək olmadıqlarını nümayiş etdirmək üçün hava limanına gəliblər.

Elə ondan başlayım ki, Nant Fransada azərbaycanlıların ən çox yaşadığı şəhərlərdən biridir. Burada təxminən 4 minədək azərbaycanlı yaşayır. Maraqlı məqam isə odur ki, soydaşlarımızın demək olar yarısından çoxu bura Salyandan köçüb. Bildiyimə görə, 1000-ə yaxın salyanlı ailə uzun illərdir həyatlarına Nantda davam edirlər. Yeri gəlmişkən, telejurnalist Vəsilə Vahidqızının Nantda yaşayan azərbaycanlı ailələrlə bağlı hazırladığı reportajı internetdən tapıb maraqla izlədim. Bu ailələr üçün bir neçə ildir “Qarabağ-Azərbaycan” məktəbi də fəaliyyət göstərir.

Nant ərazisinə görə Fransanın altıncı böyük şəhəridir. Rəsmi məlumatlara görə, burada 300 mindən çox insan yaşayır.

Şəhər ilk baxışdan öz sakitliyi və səliqəsi ilə diqqət çəkir. Yaşıllıq çoxdur. Elə buna görə də çox vaxt Nantı “Fransanın yaşıl paytaxtı” adlandırırlar. Parisdən fərqli olaraq, Nant xeyli təmiz və hay-küydən uzaq yerdir.

Şəhər çoxlu kiçik çayların keçdiyi Luara vadisində yerləşir. Fransanın ən uzun çayı olan Luara Nant yaxınlığında Atlantik okeanına tökülür. Tiflislə qardaşlaşmış şəhərdir. Nant həmçinin özünün üzüm bağları ilə də tanınır. Məşhur fransız ağ şərabı “Muscadet” burada istehsal olunur.

Əsası 1434-cü ildə qoyulmuş Sent Pyer və Sent Pol katedralı. Bu katedralın tikintisi 457 ilə başa çatdırılıb. İki il öncə baş verən yanğından sonra xeyli ziyan dəyib. Təmir-bərpa işlərinin hələ gələn il başa çatdırılacağı deyilir.

“Nant” oyunlarını 37 min tamaşaçı tutumu olan “Stade de la Beaujoire” arenasında keçirir. Stadionun qarşısında əfsanəvi fransız futbolçu Anri Mişelin heykəli qoyulub.

Bugünkü oyunda stadiondan “Qarabağ”ı 400-500-dək azərbaycanlı azarkeşin dəstəkləyəcəyi gözlənilir. Bu rəqəmin matç saatına kimi artma ehtimalı da var. Yeri gəlmişkən, UEFA “Qarabağ”ın müraciətindən sonra baş verə biləcək mümkün erməni təxribatı ilə bağlı oyuna təhlükəsizliklə bağlı xüsusi nümayəndə təyin edib.
Həmkarlarım İlkin Xəlilov və Tural Xudiyevlə

Saat 23:00-da başlayacaq matçda “Qarabağ”a uğurlar arzulayırıq. Təbii ki, könüldən daha bir qələbə, daha bir darmadağın keçir. Amma Avropa Liqasının play-offunu təmin etmək üçün bu gün bir xal da kifayətdir.
Mirhacib Məcid,
Nant, Fransa
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır
Yamal İspaniya millisindən kənarda qalacaq
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Premyer Liqada tarixi rekorda imza atdı
Yağışa görə Azərbaycanda bu oyun təxirə salındı
Azərbaycan millisi Olimpiya çempionu oldu
“Qalatasaray”ın əfsanəsi vəfat etdi
"Ümid edirəm ki, çempion olarıq" - "Neftçi"nin futbolçusu
“Barselona”dan La Liqa yeni uğur
Kasilyas oğullarını “Real”ın akademiyasından çıxardı
“Mahir qol vurmasa da, qələbədə çox vacib rol oynadı”
200-cü heç-heçə
Kerrikdən istefa suallarına cavab
"Barselona"nın geridönüşü - Video
Azərbaycanlı futbolçu Kiprdə növbəti matçına çıxdı
"Fənərbaxça" 5, "Beşiktaş" 3 qolla qalib gəldi
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
“Araz-Naxçıvan”da 200-cü oyun
“Heç-heçə ədalətli nəticə oldu” - Ervins Perkons