"Zirə"nin futbolçusu Toni Qomes Qol.az saytına müsahibə verib. "Liverpul"un gənclərdən ibarət komandasının üzvü olmuş 23 yaşlı hücumçu karyerası ərzində "Forest Qriin Rovers" (İngiltərə), "Arouxa" (Portuqaliya), "Haras el Hodud", "Tala`ea el Qaiş" (hər ikisi Misir), "Menemenspor", "Tuzlaspor"un (hər ikisi Türkiyə) da formasını geyinib. O, bu ilin yayında "Zirə"yə transfer olunub.
- Toni, "Zirə"yə bu yay gəlmisən. "Zirə"dən başqa klublardan təkliflərin var idi?
- Bəli. Müxtəlif təkliflərim var idi.
- Bəs, necə oldu ki, "Zirə"ni seçdin?
- Mən bura gəlməyə ona görə qərar verdim ki, klubun yaxşı layihəsi var. Dostum Riçard Almeyda da Azərbaycanda, "Qarabağ"da oynayır. O mənə dedi ki, bura çox gözəldir və onlar çox peşəkardırlar. Buraya gəlməmişdən əvvəl Riçardla danışdım. Hazırda əsas diqqətim "Zirə"nin mənim üçün etdiklərinin əvəzini ödəməkdir. Tam formada olmaq, meydanda olmaq, daha çox oynamaq və "Zirə"də qalmaq istəyirəm. Komandama kömək etmək və mübarizə aparmaq istəyirəm.
- "Zirə"yə gələndə səni necə qarşıladılar?
- Məni çox yaxşı qarşıladırlar. İdman direktoru da, baş məşqçimiz Rəşad Sadıqov da hər zaman mənə dəstək olurlar. Xüsusən də komanda yoldaşlarım...
- Qeyd etdin ki, "Zirə"yə keçməzdən əvvəl Riçardla danışmısan. Bəs, bundan öncə Azərbaycan haqqında məlumatın var idi?
- Mən Azərbaycanı tanıyırdım. Amma "Zirə"yə gələnə qədər burada olmamışdım.
- Artıq Premyer Liqamızda bir neçə oyun keçirmisən. Əvvəllər İngiltərə, Misir, Portuqaliya, Türkiyə çempionatlarında da oynamısan. Bizim liqanın səviyyəsini necə dəyərləndirirsən?
- Səviyyəni müqayisə etmək mənim üçün çox tezdir. Çünki hələ tam 90 dəqiqə oynamamışam. Amma görürəm ki, səviyyə çox yaxşıdır. Misirdə futbol daha çox fiziki, Portuqaliyada daha çox texniki baxımdan yaxşıdır. Burada isə daha çox taktiki və texniki tərəflərə üstünlük verilir. Lakin səviyyəni gündən-günə yüksəltmək yaxşı olar.
- Bu bir neçə oyundan sənin üçün ən çətini hansı olub? Hansı komanda ilə oyun daha çətin keçib?
- Burada qarşılaşdığım ən çətin komanda "Neftçi"dir. Onlara qarşı 45 dəqiqə oynamışam. Burada ikinci matçım idi, formada deyildim. "Neftçi" "Qarabağ”dan sonra ikinci ən çətin komandadır.
- "Zirə" hazırda turnir cədvəlində 19 xalla 4-cüdür. Komandanın hazırkı durumunu necə qiymətləndirirsən?
- Biz diqqətimizi başqa şeylərə yönəltməməliyik. Dünənkindən daha yaxşı oynamalıyıq. Mövqeyimiz pis deyil. Amma biz heyətimizdə olan keyfiyyətli oyunçularla daha yaxşısını edə bilərik.
- "Qarabağ" hazırda Premyer Liqada liderdir. "Sabah" onunla çempionluq mübarizəsi aparır. Sən vəziyyəti necə qiymətləndirirsən?
- Hələ nəsə demək tezdir. İndidən bu mövsüm "Qarabağ"ın çempion olacağını demək olmaz. Futbolda çox şey dəyişə bilər...
- Baş məşqçiniz Rəşad Sadıqov ilə münasibətin necədir?
- Rəşad Sadıoqovla ilə münasibətim çox gözəldir. Dediyim kimi, o, ambisiyalı məşqçidir. Rəşad Sadıqov bizim hər gün inkişaf etməyimizi istəyir. O, komandaya uyğunlaşmağım üçün mənə çox kömək edir və oyunçulara güvən verir. Rəşad Sadıqov bizə özümüz olmaq azadlığı verir. Hər bir futbolçu onun kimi məşqçiyə sahib olmaq istəyər.
- Bakıda ailənlə yaşayırsan?
- Xeyr. Ailəm Lissabonda və İngiltərədə yaşayır. Mən burada tək qalıram. Onlar üçün darıxıram. Amma mən futbolçuyam. Belə şeylərə hazır olmalıyam. Lap gənc yaşlarımdan xaricdə yaşamağı öyrənirəm.
- Yeri gəlmişkən, Bakıda həyat necədir? Bura uyğunlaşa bilmisən?
- Mən hələ də burada hər şeyə uyğunlaşmağa çalışıram. Məni ən çox təəccübləndirən komanda yoldaşlarımın ilk məşqim zamanı gördüyü keyfiyyətləridir. Bakı çox gözəl şəhərdir.
- Azərbaycan yeməklərinin dadına baxmısan?
- Əlbəttə. Buradakı yeməklər çox dadlıdır. Azərbaycan yeməkləri Türkiyə yeməkləri ilə çox oxşardır...
- Karyeranda başına gələn ən maraqlı, yaddaqalan hadisələrdən bizə danışa bilərsənmi?
- Ən yaddaqalan Brendan Rocersin "Liverpul"da məni əsas komandanın məşqinə çağırması idi (Toni Qomes 2015-17-ci illərdə "Liverpul"un gənclərdən ibarət komandasında çıxış edib - red.). Ondan xahiş etdim ki, məni məşqdə uşaq vaxtdan kumirlərimdən olan Stiven Cerrardla eyni komandaya oynatsın. İnana bilmirdim ki, Cerrard ilə oynayıram Məşqdən sonra yeməkxanada ondan şəkil çəkdirməyimizi istədim...
- "Zirə"də dostluq etdiyin futbolçular kimlərdir?
- "Zirə"də daha çox ünsiyyət qurduğum oyunçular Hamidu Keyta, Moiz Adileu, Filipe Paxtmanndır. Biz həmişə eyni otaqda oluruq. Mənim başqaları ilə də yaxşı münasibətim var. Onları günü-gündən daha yaxşı tanımağa və yaxşı münasibət qurmağa çalışıram.
- Bəs, Azərbaycanda oyununu ən çox bəyəndiyin futbolçuların adlarını çəkə bilərsən?
- Azərbaycanda ən çox bəyəndiyim futbolçular Coşqun Diniyev, Rəhim Sadıxov, Hamidu Keyta, Sərtan Taşkın, Riçard Almeyda və Kadi Borgesdir. Amma mən hələ çox futbolçu tanımıram.
Nur Zeynalova
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
UEFA FİFA-dan bunu tələb etdi
İtaliya millisinin Türkiyə ilə oyun üçün heyəti açıqlandı
Əfsanəvi futbolçu vəfat etdi
"Kəpəz" 2 yoxlama oyunu keçirəcək
“Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var” - Zidan
“Şəfa”nın legioneri: “Qarabağ” daha üstün oynadı” - Video
Xabi Alonso “Çelsi”də də məyus edir
“Qarabağ” hər oyunda 4-5 qol vurmaq istəyir…” - Video
Bundesliqa klubundan baş məşqçi qərarı
Qattuzo: "İkardinin "Latsio"ya transferi mümkün deyil"
Bakıda dünya çempionatı – 191 ölkə, 1000-ə yaxın oyun
De la Fuente Millətlər Liqasının yeni formatını tənqid etdi
Harri Keyn Bundesliqada tarix yazdı
“Çelsi” səfərdə məğlub oldu
“Bavariya”dan darmadağın
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
Yankoviçin qolu qələbə gətirdi - Video
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər