"Qarabağ"ın sabiq kapitanı, "Zirə"nin hazırkı baş məşqçisi Rəşad Sadıqov Ağdam təmsilçisinin bu mövsüm avrokuboklardakı çıxışı barədə danışıb.
Qol.az xəbər verir ki, "CBC Sport"un efirində yayımlanan "Bizim Futbol" verilişində qonaq olan Sadıqov Qurban Qurbanovun komandasının böyük uğurlara imza atdığını bildirib:
Həmçinin oxuyun: Rəşad Sadıqov Qurban Qurbanov haqda bunu yazdı
"İlk növbədə "Qarabağ"ı əldə etdiyi uğurlara görə ürəkdən təbrik edirəm. Bizə çox möhtəşəm bir mövsüm yaşadırlar. Həm nəticələr, həm də oyun baxımından. Hər matçda ən əsası komandanın nümayiş etdirdiyi oyunla qürur hissi keçiririk. Mənim və bir çoxlarının şəxsi fikri odur ki, "Qarabağ" həm oyun, həm də nəticə baxımından bu il ən möhtəşəm, ən uğurlu mövsümünü keçirir. Qeyd etdiyiniz kimi, "Qarabağ" çox güclü rəqiblər üzərində qələbə qazandı. Əvvəldən də çox çətin görünürdü. Püşkdə hər dəfə "Qarabağ"a bir-birindən güclü rəqiblər düşürdü. Amma buna baxmayaraq, "Qarabağ" əminliklə irəlilədi və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Orada da püşk yenə "Qarabağ"ın üzünə gülmədi. Düşündük ki, qrupdan hətta 3-cü yeri tutub çıxmaq belə çətin olacaq. Amma şükürlər olsun ki, "Qarabağ" artıq 4 turdan sonra 3-cü yeri təmin edib. Növbəti 2 oyuna daha rahat, az stresslə çıxıb 2-cilik və ya 1-cilik uğrunda mübarizə aparacaqlar".

Mütəxəssis "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə "Nant"la (Fransa) və 6-cı turda evdə "Frayburq"la (Almaniya) keçirəcəyi matçlara da toxunub:
"Məncə, "Nant"la qarşıdakı səfər oyunu "Qarabağ"ın bu mövsüm keçirdiyi ən ağır matç olacaq. Çünki bu, "Nant"ın da qrupdan çıxmaq üçün son şansıdır. Bakıdakı matç öz yerində. "Qarabağ"ın "Nant" üzərində qələbəsi böyük bir zəfər idi. Mən "Qarabağ"da oynayan vaxtlarda da bizim güclü rəqiblər üzərində qələbəmiz olub. Amma məhz böyükhesablı qələbə və 90 dəqiqə rəqib üzərində dominant futbol oynamaq - bu, bir az çətin məsələdir. Xüsusilə də belə rəqiblərə qarşı. Amma "Qarabağ" bunu bacardı. Bu gün "Qarabağ" o səviyyədədir. Səfərdə Bakıdakı oyundan fərqli bir matç izləyəcəyik. Çünki bu, "Nant" kimi komanda üçün də son şansdır. Əgər məğlub olsalar, son turda yalnız və yalnız 3-cü yer uğrunda mübarizə aparacaqlar. Düşünürəm ki, bərabərlik bizim üçün əla nəticə olar. Amma səfərdə "Nant"a uduzsaq, digər oyunda "Olimpiakos" "Frayburq"a məğlub olsa, onların da növbəti mərhələ üçün şasnları qalmayacaq. Görünən odur ki, bu halda ola bilər ki, "Olimpiakos" da son turda "Nant"la tam motivasiyalı oynamasın. O zaman bizi son turda "Frayburq"la ağır, həlledici oyun gözləyəcək".
Rəşad Sadıqov bildirib ki, "Qarabağ"ın Avropa Liqasında növbəti mərhələyə vəsiqə qazanacağına inanır:
"Bu son 2 oyunu mən əvvəlki 4 matçdan ayırardım. Çünki bizi fərqli mənzərə, fərqli oyunlar gözləyə bilər. Bəlkə də "Qarabağ" daha çox müdafiə olunacaq. Çünki rəqiblər də onları təhlil edirlər, güclü və zəif tərəflərini görürlər. Ola bilər ki, meydanda fərqli bir mənzərə görək. Amma "Qarabağ"ın xarakterinə, Qurban müəllimin təcrübəsinə və komandanın builki çıxışına inanıb, güvənib, ümid edirəm ki, nəticə bizim üçün yaxşı olacaq, Allahın köməkliyi ilə nə azı 2-ci yeri tutacağıq. Amma mənə görə, bu qrupda 3-cü yer özü belə böyük bir nəticədir".
Qeyd edək ki, "Qarabağ" hazırda G qrupunda 7 xalla 2-cidir. Komana növbəti oyununu oktyabrın 27-si səfərdə "Nant"a qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. "Qarabağ" bu komandaya qarşı Bakıdakı oyunda 3:0 hesablı qələbə qazanıb. Təmsilçimizə növbəti mərhələ üçün heç-heçə də bəs edəcək. 3 xalı olan "Nant" isə pley-off şanslarını qorumaq üçün Ağdam təmsilçisinə qalib gəlməlidir.
Nur Zeynalova
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video
"Liverpul"un hədəfinə tuş gəldi
Prezident yarımfinal matçının hesabını proqnozlaşdırdı
2-ci liqa: Liderlər heç-heçəyə razılaşdı
"Real"ın gənc oyunçusu Bundesliqa yolunda
“Atletiko” ona 120 milyon avro qiymət qoydu
10 illik dövrün sonu: "Mançester Siti"dən gedir
Xetaq Qazyumov: “Bu uğurla kifayətlənməyəcəyik”
"Fənərbaxça"da prezident seçkilərinin tarixi açıqlandı
Braziliya millisində daha bir itki - DÇ-2026-nı buraxacaq
Dimarko üçün 4 illik müqavilə
Uqo Lyoris Fransa millisinə qayıdır
Modriç əməliyyat olundu
“Qarabağ” 700-ə çatdı
PSJ - "Bavariya" oyunu bu kanallarda
"Sumqayıt"dan 21-ci əsrin antirekordu
“Qarabağ”da 200-cü oyun
Premyer Liqada 60-cı qol
Son 15 mövsümün rekordu
"Sumqayıt"ın yubiley qələbəsi
Çalhanoğlu üçün mövsüm başa çatdı
DÇ-2026 üçün sarı vərəqə qaydaları dəyişdirilir
“Fənərbaxça” baş məşqçini göndərdi
“Atalanta” səfərdə məğlub oldu - Video
“Mançester Yunayted”dən çətin qələbə
“Trabzonspor” uduzdu, “Beşiktaş”dan heç-heçə
Masazırda 2 qol, 2 qırmızı vərəqə - Video
"Hücum xəttini dəyişmək çətindir, ciddi rəqabət var"
Dilanovun dublu, "Ağdaş"ın 5 qollu qələbəsi - Video
"Qırmızı vərəqə planlarımızı pozdu" - Fizuli Məmmədov
Tovuzda vurulan 2 qol - Video
Matçın əlavə vaxtında 3 qol vurdular