U-17 millimiz Avropa çempionatına ağır məğlubiyyətlə başladı

U-17 millimiz Avropa çempionatına ağır məğlubiyyətlə başladı
ÖLKƏ FUTBOLU 24 Oktyabr 2022 / 17:56 2338
-  A +

Azərbaycan U-17 millisi Avro-2024-ün seçmə mərhələsində bu gün ilk oyununu keçirib.

Qol.az xəbər verir ki, millimiz Bosniya və Herseqovinanın Kakanj şəhərində təşkil olunan qrup mərhələ oyununda Ukraynanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş rəqibin 5:2 hesablı qələbəsi ilə başa çatıb. Millimizin qollarını 77-ci dəqiqədə Hüseyn Hüseynov və 83-cü dəqiqədə Murad Məmmədov vurub.

Qrupun digər görüşündə Bosniya və Herseqovina Lixtenşteynə qalib gəlib (2:0).

Qeyd edək ki, komandamız seçmə mərhələdə növbəti oyununu oktyabrın 27-də Lixtenşteyn yığmasına qarşı keçirəcək.

Avro-2024, seçmə mərhələ, 2-ci qrup

Azərbaycan  - Ukrayna - 2:5

Qollar: Hüseynov, 77, Məmmədov, 83-pen. - Ponomarenko, 33-pen; 39, 59, 68, Osipenko, 90.

Xallar: Ukrayna - 3, Bosniya və Herseqovina - 3, Lixtenşteyn - 0, Azərbaycan - 0.

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner