“Qarabağ”ın Fransaya səfər proqramı açıqlandı

“Qarabağ”ın Fransaya səfər proqramı açıqlandı
ÖLKƏ FUTBOLU 23 Oktyabr 2022 / 22:50 4384
-  A +

UEFA Avropa Liqasının qrup mərhələsində “Nant”la qarşılaşacaq “Qarabağ” oktyabrın 25-i Fransaya yollanacaq.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

Oktyabrın 26-da saat 19:10-da (Bakı vaxtı ilə 21:10) baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı olacaq. Saat 19:30-da isə (Bakı vaxtı ilə 21:30) matçın keçiriləcəyi “Beaujoire” stadionunda komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək “Nant” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner