Misli Premyer Liqasının 11-ci turunda “Sabah” səfərdə “Neftçi” üzərində 3:2 hesablı qələbə qazanıb.
Qol.az xəbər verir ki, matçdan sonra təşkil olunan mətbuat konfransında “Sabah”ın baş məşqçisi Murad Musayev komandasının qələbəsini şərh edib:
“Parlaq oyuna şahidlik etdik. 90 dəqiqə ərzində meydanda gərginlik vardı. Vurduğumuz qolların keyfiyyətli olması xoşdur. Bəzi anlarda rəqib üstünlüyə yiyələnirdi. Hesab 3:0 olarkən 4-cü, 5-ci qolları vurmaq olardı. Heç vaxt arxayınlaşmaq olmaz. Səhvlərimizi düzəltməli, gələcəkdə daha yaxşı oynamalıyıq”.
- Yayda heyətə yeni futbolçular cəlb etdiniz. Komandanı gücləndirdiniz. Bundan başqa “Sabah”da nəyi dəyişdiniz?
- Gündəlik işimizi görürük. Düşünmürəm ki, bu, ancaq mənim uğurumdur. Rəhbərliyin də, futbolçuların da qazandığımız uğurlarda rolu var. Lakin indidən uğur barədə danışmaq tezdir. Yalnız mövsümün sonunda komandanın nəticəsi barədə danışmaq olar. Artıq bugünkü qələbəni unudub “Qəbələ” ilə qarşılaşma barədə düşünmək olar.
- Bu oyunu Rusiya Premyer Liqasının matçları ilə müqayisə etmək olar?
- Əlbəttə olar. Düşünürəm ki, biz və “Neftçi” Rusiyada ilk 8-likdə ola bilərik. “Qarabağ” isə 100 faiz Rusiyada “Zenit”lə çempionluq uğrunda mübarizə apara bilər. Azərbaycan çempionatı barədə fikrim tam dəyişib. Bu gün hətta “Şamaxı”nı da asanlıqla uda bilməzsən.
- 3:0-dan sonra komandanızın meydanda sakitləşməsinin səbəbi nə idi?
- Bu, psixologiyadan irəli gəlir. Bir vacib oyunçumuz da zədələndi. Bunun da çıxışımıza təsiri oldu. Rəqib ilk qoldan sonra daha da fəallaşdı. Bir səhv bizə baha başa gələ bilərdi. Lakin bugünkü oyun bizim üçün dərs olmalıdır. Meydanda 90 dəqiqə mübarizə aparmaq lazımdır.
- “Sabah” “Qarabağ”ın hegemonluğuna son qoya bilər?
- Açığı, bunu etmək çox çətindir. Gənc klubumuz var. “Sabah” cəmi 5 ilin komandasıdır. İlk addımlarımızı atırıq. Bu gün “Qarabağ” barədə düşünməməli, turnir cədvəlinə baxmamalıyıq. Bu gün yalnız növbəti matç barədə düşünməliyik. 4-5 il komanda ilə işləsəydim, deyərdim ki, bəli, “Qarabağ”la mübarizə apara bilərik. Amma bugünkü gündə yalandan söz vermək istəmirəm.
- David Volkov “Zirə”də daha parlaq çıxış edirdi. “Sabah”da onun yaxşı çıxış etməməsinin səbəbi nədir?
- Razıyam ki, Volkovun böyük potensialı var. O, daha yaxşı oynaya bilər. Məşqlərdə o, özünü çox yaxşı tərəfdən göstərir. Düşünürəm ki, tezliklə o, irəliyə doğru inamlı addım atacaq.
- Zədələnən futbolçunuz Aleksey Kaşukun vəziyyəti necədir?
- Ağlayırdı. Həkimlər də narahat idi. Xəstəxənaya apardılar. Qorxuram ki, sınığı olar.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır