"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Olimpiakos" Yunanıstan Superliqasında 9-cu tur oyununa çıxıb.
Qol.az xəbər verir ki, Pirey təmsilçisi səfərdə "Panetolikos"un qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.
"Panetolikos" - "Olimpiakos" - 0:2
Qollar: Biel, 50, Valbuena, 82
Bu qələbə ilə xalını 17-yə çatdıran "Olimpiakos" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Siyahıya 24 xalla (8 oyun) "Panatinaikos" başçılıq edir.
Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"u Yunanıstanda 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında Bakıda keçirilən ikinci oyun isə qolsuz bərabərliklə başa çatıb.
"Neftçi"də itki
“Heç vaxt təslim olmayan “Barselona” görmək istəyirəm”
"Zirə" "Araz-Naxçıvan"ı belə məğlub etdi - Video
"Bütün baş verənlər bizim səhvlərimizin nəticəsi idi"
"Zirə" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qalib gəldi
Kamilo Durandan “Qarabağ”a xoş müjdə
Azərbaycan boksçusu erməniyə qalib gəldi
"Barselona"da qalır