“Çətin oyun olacağını bilirdik. Samir Abasovun gəlişindən sonra “Sumqayıt” oyun baxımından yaxşılaşdı. İndi komanda daha dinamik və aqressiv oynayır. Səfərin ağır olacağını bilirdik. Oyuna yaxşı başladıq, qol vurduq. Amma bundan sonra oyun planında passivləşdik, rəqibə daha sərbəst oyunmağa imkan verdik".
Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 11-ci turunda səfərdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib
" İkinci hissədəki dəyişikliklərdən sonra dinamika və aqressivliyimiz artdı və oyunun bu hissəsindən razı qaldım. İkinci qolu da vura bildik və bundan sonra daha çox qol epizodlarımız oldu. Vacib qələbə qazandıq. Sumqayıt səfərləri həmişə çətin olur və bu oyun da istisna deyildi" - deyə o bildirib.
Mütəxəssis Sərtan Taşkının bu mövsüm sonradan meydana çıxdığı oyunlarda ümumilikdə 4 qol vurması ilə bağlı söyləyib: "Bəzən elə futbolçular olur ki, oyuna sonradan daxil olanda özünü daha rahat hiss edir. Sərtan da o futbolçulardan biridir ki, ona 30-35 dəqiqə vaxt verəndə özünü daha yaxşı hiss edir. Bu ildə də hücum planında inkişaf görünür. Hücum xəttində itkilərimiz var idi. Oyunu sonradan gücləndirmək üçün futbolçumuz yox idi, ona görə Sertandan istifadə etdik. O da etimadı doğrultdu və biz də buna sevinirik".
O, "Zirə"dəki karyerasından razı olub-olmadığı ilə əlaqədar sualı belə cavablandırıb: "Təbii ki, səndən çox şey gözləyirlərsə, bu, adamı sevindirməyə bilməz. İki il yarımı təhlil etsək...İlk ilimdə, "Neftçi"nin çempion olduğu mövsümdə möhtəşəm idi. "Qarabağ"ı da nəzərə almalıyıq. Mövsümboyu üçlükdə getmişdik, çempionatda və kubokda müəyyən haqsızlıqlarla üzləşmişdik. Finaldan necə məhrum olduğumuz hamının yaddaşındadır. Keçən il üçüncü yer olduq, kubokda finala çıxdıq. "Qarabağ" və "Neftçi" bizdən öndə bitirib. Maksimumuzu verə bilmişik. Daha yaxşı ola bilərdi? Bəli, ola bilərdi. Məşqçi hər zaman qarşısına maksimum nəticə qoymalıdır, amma müəyyən reallıqlar da var və bunu da nəzərə almaq lazımdır. Məndən çox şey gözlənilməsi məni sevindirir".
R.Sadıqov ölkə çempionatında növbəti turda “Neftçi” ilə keçiriləcək oyundan da danışıb: “Təbii ki, bu görüş turnir baxımından çox önəmli olacaq. “Neftçi” və ya “Qarabağ” kimi komandalarla oyunlarda qazanılan hər xal önəmlidir. Bəzi itkilərlə hazırlaşacağıq. Hacıağa Hacılı da cəzalı duruma düşdü. Əlimizdən gələn hər şeyi edəcəyik. Cədvəldə mümkün qədər yuxarı qalxmağı planlaşdırırıq. Amma biz “Neftçi” ilə görüşə altı xallıq oyun kimi baxmırıq".
Baş məşqçi Azərbaycan kubokunun püşkatmasının nəticələrinə də münasibət bildirib: “Artıq 3-cü ildir ki, “Zirə”də baş məşqçiyəm, "Mingəçevir"i keçsək, yenə “Neftçi” ilə qarşılaşacağıq. Hər iki komanda kubokda irəliləmək istədiyi üçün maraqlı oyun olacaq. Yarımfinalda uduzmaqdansa, 1/4 finalda uduzmaq daha yaxşıdır. "Mingəçevir"i keçsək, seçim etsəm ki, "Neftçi" ilə yarımfinalda, yoxsa 1/4 finalda qarşılaşım, daha yaxşısı 1/4-dir. Yarımfinalda güc sərf edirsən, çempionat matçları olur. "Neftçi" kubokda favoritlərdən biridir. Ona görə də erkən mərhələdə onlarla qarşılaşsaq, daha yaxşı olar".
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video
"Liverpul"un hədəfinə tuş gəldi
Prezident yarımfinal matçının hesabını proqnozlaşdırdı
2-ci liqa: Liderlər heç-heçəyə razılaşdı
"Real"ın gənc oyunçusu Bundesliqa yolunda
“Atletiko” ona 120 milyon avro qiymət qoydu
10 illik dövrün sonu: "Mançester Siti"dən gedir
Xetaq Qazyumov: “Bu uğurla kifayətlənməyəcəyik”
"Fənərbaxça"da prezident seçkilərinin tarixi açıqlandı
Braziliya millisində daha bir itki - DÇ-2026-nı buraxacaq
Dimarko üçün 4 illik müqavilə
Uqo Lyoris Fransa millisinə qayıdır
Modriç əməliyyat olundu
“Qarabağ” 700-ə çatdı
PSJ - "Bavariya" oyunu bu kanallarda
"Sumqayıt"dan 21-ci əsrin antirekordu
“Qarabağ”da 200-cü oyun
Premyer Liqada 60-cı qol
Son 15 mövsümün rekordu
"Sumqayıt"ın yubiley qələbəsi
Çalhanoğlu üçün mövsüm başa çatdı
DÇ-2026 üçün sarı vərəqə qaydaları dəyişdirilir
“Fənərbaxça” baş məşqçini göndərdi
“Atalanta” səfərdə məğlub oldu - Video
“Mançester Yunayted”dən çətin qələbə
“Trabzonspor” uduzdu, “Beşiktaş”dan heç-heçə
Masazırda 2 qol, 2 qırmızı vərəqə - Video
"Hücum xəttini dəyişmək çətindir, ciddi rəqabət var"
Dilanovun dublu, "Ağdaş"ın 5 qollu qələbəsi - Video
"Qırmızı vərəqə planlarımızı pozdu" - Fizuli Məmmədov
Tovuzda vurulan 2 qol - Video
Matçın əlavə vaxtında 3 qol vurdular
"Sabah"dan qələbə, "Turan Tovuz" - "Zirə" matçında heç-heçə
"Gənc oyunçu şansı özü qazanmalıdır" - Kurban Berdiyev