“Neftçi”nin yarımmüdafiəçisi Azər Əliyev klubun rəsmi saytına müsahibə verib. Qol.az xəbər verir ki, Azərbaycan pasportu aldığı üçün qeyri-adi hisslər keçirdiyini bildirən futbolçu Bakını çox bəyəndiyini, klubda hər şeyin onu qane etdiyini deyib.
- Azər, əvvəla səni Azərbaycan pasportu almağın, ölkəmizin vətəndaşı olmağın münasibətilə təbrik edirəm. Necə hisslər keçirirsən?
Həmçinin oxuyun: "Neftçi"nin futbolçusu Azərbaycan pasportu aldı
- Çox sağ olun! Qeyri-adi hisslər keçirirəm. Artıq ölkəmi beynəlxalq arenada təmsil etmək şansımın olduğu üçün doğmalarımın da özlərini necə xoşbəxt hiss etdiklərini təsəvvür edirəm.
- Azərbaycan pasportu almağın həm də milli komandamıza yolunu aça bilər. Millidən dəvət gözləyirsən?
- Bəli, tezliklə milli komandada debüt edəcəyimə və qarşıya qoyulan vəzifələrin həllində milliyə kömək edə biləcəyimə ümid edirəm.
- Gələk “Neftçi”yə. Təxminən 9 aydır buradasan. Klubda, ümumiyyətlə, Azərbaycanda özünü necə hiss edirsən?
- Bakını çox bəyənirəm. Rahat şəraitdə oynamağa və məşq etməyə imkan verən çox yaxşı havası var. Bakı gözəl şəhərdir. Burada olmayan bütün dostlarıma deyirəm ki, onlar belə gözəllik görməyiblər. Klubda da hər şey yaxşıdır, məni qane edir. Düzdür, bəzən çətinliklər olub, amma ümid edirəm ki, hər şey arxada qalıb, qarşıda bizi yalnız yaxşı şeylər gözləyir.
- Geridə qalan müddətdə ağ-qara formada müxtəlif mövqelərdə çıxış etmisən. Özünü daha çox hansı mövqedə yaxşı hiss edirsən?
- Neçə illərdir müxtəlif mövqelərdə oynayıram. Universal olduğumu və hər mövqeyi özünəməxsus şəkildə bəyəndiyimi deyə bilərəm. Standart ifadələrlə deyə bilərəm ki, istənilən mövqedə faydalı olmağa hazıram, amma yenə də müdafiənin sol cinahında oynamağı daha çox xoşlayıram. Bununla belə, 23 yaşıma qədər gah sağ cinah yarımmüdafiəçisi mövqeyində, gah da hücumçunun arxasında çıxış etmişəm.
- Komanda hazırda 22 xalla 3-cü pillədə qərarlaşıb və növbəti turdakı rəqib “Sabah”dan 3 xal geri qalır. Necə düşünürsən, bu oyunda qalib gəlib xal fərqini aradan qaldıra biləcəyik? Ümumiyyətlə, bu matçdan nə gözləyirsən?
- Bəli, “Sabah” yaxşı məşqçisi olan iddialı komandadır. Lakin təbii ki, biz hər bir matçda olduğu kimi, bu dəfə də meydana yalnız qələbə qazanmaq üçün çıxacağıq.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır