"Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Misli Premyer Liqasının 11-ci turunda səfərdə “Qəbələ”lə ilə heç-heçə etdikləri oyundan (1:1) sonra mətbuat konfransı keçirib.Qol.az xəbər verir ki, o, görüşü belə şərh edib:
- Bura 3 xal üçün gəlmişdik. Ardıcıl iki məğlubiyyətdənm sonra qələbə qazanmaq istəyirdik. Matç çox ciddi hazırlaşmışdıq. Bu gün oturuşmuş komandaya qarşı oynadıq. İlk dəqiqələrdən komandada həyəcan hiss olunurdu. Görüşün əvvəlində səhvlər var idi. İlk yarıda oyundan razı qalmasam da, fasilədən sonra daha yaxşı çıxış etdik. Bilirdik ki, “Qəbələ” əks-hücuma üstünlük verəcək. Fərid Nəbiyevi oyunu gücləndirmək üçün meydana buraxdıq. Bunun da faydasını gördük. “Qəbələ”dən səfərdə 1 xal almaq yaxşı nəticədir. Komandanı bu nəticəyə görə təbrik edirəm. Amma görəcəyimiz iş çoxdur.
- Komandanızın oyunundakı irəliləyiş hiss olunur. Bu heyətlə bugünkündən daha da artığını göstərmək mümkündür?
- Əlbəttə mümkündür. Bəzi futbolçuları nizam-intizamı düzəltmək üçün cəzalandırmışam. Komanda ilk 7 turda uduzmuşdu. Ona görə də bura gələrkən çox düşündüm. Lakin oyunları izlədikcə gördüm ki, nəsə eləmək olar. İlk məşqlərdən görünürdü ki, ruh düşkünlüyü var. Sanki komandada küskünlük vardı. Lakin zamanla dəyişiklik hiss olunur. Hətta “Sabah”a 0:5 hesabı ilə uduzanda da öz səhvlərimizdən məğlub olduq. “Neftçi” ilə matçda qırmızı vərəqə planlarımızı pozdu. Bu gün də göründü ki, bu heyətlə də yanvara qədər uğurlu çıxış etmək olar. Hazırda 4 zədəli futbolçumuz var. Onlar qayıtdıqdan sonra başqa bir “Kəpəz” görəcəksiniz. “Kəpəz” sonuncu pilləni tutmayacaq. Komanda öz layiqli oyunu ilə pərəstişkarlarını sevindirəcək.
- Yaşar Vahabzadə ilə münasibətiniz necədir?
- İlk bura gələn gün danışmışam onunla, halallıq almışam. Sonradan hər hansı söhbətimiz olmayıb. Yaşar müəllim məndən incəməməlidir, mən də ondan inciməməliyəm. Yaşar bəy yaşda məndən böyükdür. Futbolçu kimi ondan çox şey öyərnmişəm.
- Rauf Əliyevin əsas komandaya qayıtması mümkündür?
- Mənim üçün bu məsələ bağlanıb. Yanvarda heyətdə dəyişikliklər olacaq. Komanda güclənməlidir. Akademiyada da bacarıqlı uşaqlar var. Artıq 17 yaşlı bir oyunçunu əsas heyətə cəlb etmişik.
- Bəzən futbolçularınızın səhvlərinə çox sərt raksiya verirdiniz. Heyətdə sizi infarkt həddinə çatdıracaq futbolçular çoxdur?
- Bizim işimiz emosional işdir. Bu gün daha rahat, daha yaxşı oynaya bilərdik. Oyundan öncə verdiyimiz tapşırıqlar yerinə yetirilməyəndə, məhz dediyimiz səhvləri meydanda görəndə çox əsəbləşirdim. Tək futbol yox, həyat da əsəb halına gəlib çatıb. İstəyirəm qurduğum komanda daha rahat olsun. Hərdən düşünürəm ki, bu gedişlə “şəkər” tutacağam.
- Yeni qapıçı transferi gözlənilirmi?
- Xorvat qapıçını heyətə cəlb etsək də, sənəd problemi ilə qarşılaşmışıq. Ona görə də hələ ki Orxan Sadıqlıya şans veririk. Tək qapı yox, bir neçə xətti gücləndirməliyik.
- Rauf Əliyev kimi əvəzedici heyətə göndərdiyiniz Əli Səmədov da I Divizionda qol vurub. Onu yenidən əsas komandaya qaytarmağınız mümkündür?
- Rauf məsələsinə bir daha qayıtmaq istəmirəm. Mənim üçün birinci növbədə nizam-intizamdır. Amma Əli Səmədov əsas heyətə qayıda bilər. Mən demişəm ki, bir müddət əvəzedici heyətdə olacaq. Müəyyən səhvləri vardı. Ola bilər düşünüb ki, gəncəli olduğu üçün güzəşt olunacaq. Amma burda əvəzedilməz futbolçu yoxdur. Futbolçu meydana çıxanda komandasının uğuru üçün çalışmalıdır.
- Qışda daha çox legioner transfer edəcəksiniz, yoxsa yerli?
- Əcnəbilər də olacaq, amma çalışırıq ki, yerlilərin sayı çox olsun.
- Bu transferlər üçün büdcədə pul var?
- Gedənlər olacaq. Onların da ödənişlərini yeni futbolçulara xərcləyəcəyik.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır