"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 11-ci turunda evdə “Kəpəz”lə 1:1 hesabı ilə heç-heçə etdikləri oyundan sonra mətbuat konfransı keçirib. Qol.az xəbər verir ki, o, matçın ağır keçdiyini söyləyib.
- Bilirdik ki, bizi çətin qarşılaşma gözləyir. “Kəpəz” son turda “Neftçi”yə qarşı da yaxşı oynamışdı. Ümumi götürdükdə, komanda istədiyimizdən aşağı çıxış elədi. Xüsusən də fasilədən sonra zəif təsir bağışladıq. Vacib xallar itirdik. Yenə də çalışacağıq ki, qarşıdakı oyunlara daha yaxşı hazırlaşaq.
Həmçinin oxuyun: "Qəbələ" iddiasından əl çəkməyəcək" - Elmar Baxşıyev
- Komandada hər şey qaydasındadırmı? Xüsusən də sanki braziliyalıların oyununda eniş hiss olunur.
- Qol çatışmır. Epizodlar yaxalasaq da, dəyərləndirə bilmirik. Bu da futbolçularda özünəinamı itirməyə səbəb olur. Daxili ab-hava qaydasındadır. Hücumçunu müdafiəçi oynadırıqsa, deməli, heyətlə bağlı sıxıntımız var. Məcburiyyətdən Rövlan Muradovu müdafiəçi kimi oynadırıq. Amma bunu da müzakirəyə çıxarmaq istəməzdim.
- Emin Səfərovun əvvəlki mövsümlə müqayisədə zəif çıxışını nə ilə əlaqələndirmək olar?
- Eminin enişi yox, mikro zədəsi var. Bu da ona 90 dəqiqə meydanda olmağa imkan vermir.
- Ardıcıl ikinci oyunda autsayderlə matçda xal itirdiniz. Demək olar ki, fasilədən sonra şans verdiyiniz oyunçular, ehtiyat qüvvə ümidləri doğrultmur?
- Sonradan meydana daxil olan futbolçularımız da komandaya fayda vermək istəyirlər. Lakin hücuma meyilli futbolçularımız aqressiv daha da aqressiv olmalıdırlar. 1:0 hesabda öndə olarkən Omar Hani real qol epizodunu dəyərləndirsəydi, nəticə fərqli olardı. Sonluğu gətirə bilmirik.
- Ülvi İsgəndov ötən mövsümün sonradan meydana daxil olub, qollar vururdu...
- Tək Ülvini deməzdim. Heyətimizdə Santos, Utsiq, Maçado, Hani kimi futbolçular var, hansılar ki, cəmi 1 qol vurublar. Əsas onların üzərində dayanmaq lazımdır.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır