"Qarabağ"ın uğurlu seriyası 30-a çatdı

"Qarabağ"ın uğurlu seriyası 30-a çatdı
ÖLKƏ FUTBOLU 21 Oktyabr 2022 / 10:05 2097
-  A +

“Qarabağ”ın Azərbaycan çempionatlarındakı məğlubiyyətsiz oyunlar seriyası 30-a yüksəlib.

Qol.az xəbər verir ki, seriya yubiley həddinə Misli Premyer Liqasının 11-ci turunda çatıb.

Qurban Qurbanovun komandası “Turan Tovuz”la ev matçında 3 cavabsız qolla qalib gəlib. Mövsümün 10 matçının hamısında qələbə qazanan “Qarabağ” ötən çempionatı ardıcıl 20 görüşdə uduzmamaqla başa vurub.

Ağdam klubunun son məğlubiyyəti 2021-ci il oktyabrın 25-nə təsadüf edib. Səfərdə “Səbail”ə 1:3 hesabı ilə uduzan bölgə təmsilçisi bu müddətdə 26 qələbə qazanıb, 4 heç-heçə edib. Seriya dövründə 90 qol vuran “Qarabağ” 16 top buraxıb.(pfl.az)

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner