“Qalib gəlsək də, oyunda yaxşı dinamika oldu. Rəqib 0:3 geridə olsa da, məğlub olmaq istəmirdi. Sona qədər mübarizə apardılar. Futbolçularımı təbrik edirəm".
Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 11-ci turunda evdə "Turan Tovuz”a qalib gəldikləri (3:0) oyundan sonra mətbuat konfransında deyib.
Q.Qurbanov Moskva "Torpedo"sunun rusiyalı baş məşqçisi Andrey Talalayevin onun yanında təcrübəyə gəlmək istəməsi ilə bağlı fikirlərinə də münasibət bildirib: "Ona təşəkkür edirəm. Nisbətən kiçik klublarda təcrübə keçmək istəyir. Nə vaxt gəlmək istəsə, problem yoxdur. Klubun işi, məşqçilərin fəaliyyəti ilə maraqlanması xoşdur. Bu, bizim məsuliyyətimizi artırır. Son vaxtlar Rusiya kanallarında ola bilsin ki, çox hallanıb. Amma bizim orada çıxış etmiş Nazim Süleymanov, Vəli Qasımov kimi futbolçularımız olub.
Qurbanov komandasının uzunmüddətli qələbə seriyası haqda isə bunları bildirib: "İzah edəsi bir şey yoxdur. Sadəcə, komandanı hər oyuna yaxşı motivasiya etməyə çalışırıq. Həm fiziki, həm psixoloji hazırlığını yüksək səviyyəyə gətirməyə çalışırıq. Qeyri-adi nəsə var deyə bilmərəm. Ümimi iş prosesidir".
Təcrübəli mütəxəsssis oyunda zədələnən Bədavi Hüseynovun durumu haqda danışıb: "Durumuna böyük ehtimalla sabah aydınlıq gələcək. Məşqdə də ağrısı var idi. Dünən hər şey qaydasında idi. Oyun epizodunda əzələsində ağrı hiss etdi. Həm özü, həm də biz risk etmək istəmədik".
Q.Qurbanov Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Nant"la (Fransa) keçiriləcək oyunla bağlı da danışıb: "Yaxşı nəticə əldə etmək istəyirik. İstənilən rəqibə qarşı minimum onların səviyyəsində oynamağa çalışırıq. Baxmayaraq ki, bizdən yüksək səviyyəli çempionatlarda çıxış edirlər. Oyunumuzu daim qorumaq mənim üçün çox vacibdir. Avropa arenasında stabil oyun göstərmək önəmlidir. Əsas məqsədim komandanı matçlara hazırlamaqdır. Ola bilər ki, heç-heçə də bizi qane etsin. Qalibiyyət daha yaxşı olar. Məğlubiyyət haqda düşünməyək. Oyunlarına baxmışam. Onların məğlubiyyətləri bizi aldada bilər. Bir neçə epizodda texniki səhvlər olur ki, bununla hamımız rastlaşmışıq. “Frayburq”a böyük hesabla uduzsalar da, çempionat matçında başqa dinamika, sürət var idi. Çox yaxşı idilər, hücum futbolu göstərdilər. Sanki bizimlə oyuna hazırlıq kimi idi. Qarşıda 4-5 gün vaxtımız var. Daha yaxından təhlil edəcəyik".
Qurbanov Franasda "Nant"la keçiriləcək görüşdə mümkün təxribat barədə isə deyib: "Klub rəhbərliyi bu işlə məşğul olur. Son vaxtlar təxribatlar azalıb. Belə şeylərə fikir vermirik".
Q.Qurbanov 10 oyunda 10 qələbə qazanmaları haqda da fikir bildirib: "Dünya futbolunda olan hadisə kimi baxıram. Çox vaxt olur ki, hansısa komanda qalibiyyət seriyası yaxalayır. Biz də həmin seriyanın içindəyik. İstənilən komandanın istənilən rəqibi məğlub etmək potensialı var. Bütün komandalara ciddi yanaşırıq. Bu o demək deyil ki, bütün oyunlarda qələbə qazanacağıq, məğlubiyyətimiz olmayacaq. Bu istəyi saxlamaq heç də asan deyil. Qalibiyyətlər üzərimizə daha çox yük qoyur".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır