“Qarabağ"la səfərdə oynamaq çox çətindir. Futbolçularım sona qədər vuruşdular. Belə oyunlar inkişafımız üçün lazımdır. Bir çox gənc oyunçularımız 90 dəqiqəni yaşamalıdırlar. Qarşıda çətin oyunlar gəlir. Bəzi mövqelərdə çətinliklər var. Qışa qədər dözmək lazımdır".
Qol.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 11-ci turunda “Qarabağ”a 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.
O, bu cür oyunların komandaya yaxşı dərs olacağını bildirib: "Futbolda belə hallar olur. “Qarabağ”ın indi Avropada qarşısında dura bilən yoxdur. Futbolçularımız belə oyunlarda inkişaf edəcək. Oyundan sonra verdiyimiz qərarın səhv olduğunu düşünmürük. Erkən qol epizodunda fərdi səhv oldu. Orta sahədə top itirmək olmaz. Turanın ehtiyatsız yanlış ötürməsi Ovusunu qapıçı ilə üzbəüz qoydu. Bilirik ki, “Qarabağ” öz meydanında ilk dəqiqələrdən pressinq edir. Təəssüf ki, erkən qol buraxdıq. Futbolçuları komandaya dəvət edəndə də bizi hansı çətinliklərin gözlədiyini bilirdik. İnanıram ki, bu oyunlar bizə dərs olacaq. İtirəcəyimiz bir şey də yoxdur. Komanda qurmaq istəyirik. “Turan Tovuz”dan hansısa böyük gözləntilər varsa, yanlış olar. Bölgə klubunu çempionata uyğunlaşdırmağa, belə rəqiblərlə mübarizə aparmağa vaxt lazımdır. Bölgələrdə futbol baxımından tələsirik ki, nə qazanırıq. Bəzi oyunçularımız əvvvəlki klublarında oynamırdılar, onları qazanmışıq. Təhlil edəndə çox şeylər qazanırıq".
A.Abbasov Tərlan Quliyevin niyə oynamaması ilə bağlı verilən sualı da cavablandırıb: "Sualı Tərlanın dostu, qardaşı kimi verdiniz. Komandamızda hər kəs oynaya bilər. Tərlan inandığımız oyunçudur. Səhv eləmirəmsə, 8 tur meydanda olub. Biz oyunları tam təhlil edib qərar veririk. Tərlan da gələcəkdə oynayacaq. Hansısa futbolçunun oynamamasına izahat verməli deyilik".
A.Abbasov "Qarabağ"ın çox güclü heyətə malik olduğunu da deyib: “Qarabağ” bu heyətlə çempionatımızda ikinci oyununa çıxır. Bu komandanın gücü bəllidir. “Qarabağ”ın iki güclü heyəti var. Onların ehtiyatda olan futbolçuları digər komandalarda çempionluğa oynayar. “Qarabağ” son illərin ən güclü oyununu göstərir və ən yaxşı heyətinə malikdir. Digər iddiaçılar da var. Amma onların “Qarabağ”la nə dərəcədə yarışacaqlarını zaman göstərəcək".
Baş məşqçi “Turan Tovuz”un kubok mübarizəsindən də danışıb: "Püşkatmaya baxanda normal zonadayıq. Digər komandalar kimi, biz də maksimum çalışacağıq. Bilirik ki, “Şamaxı” evdə çox yaxşı oynayır".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır