Misli Premyer Liqasının 11-ci turunda hazırda “Turan Tovuz”la qarşılaşan “Qarabağ” itki ilə üzləşib.
Qol.az xəbər verir ki, Ağdam təmsilçisinin müdafiəçisi Bədavi Hüseynov zədələnib.
Ayağından zədə alan futbolçu matçı davam etdirə bilməyib və 41-ci dəqiqədə Kevin Medina ilə əvəzlənib.
Bədavinin zədəsinin nə dərəcədə ciddi olması hələlik bilinmir.
Qeyd edək ki, hazırda ilk hissəsi davam edən görüşdə “Qarabağ” 2:0 öndədir.
"Neftçi"də itki
“Heç vaxt təslim olmayan “Barselona” görmək istəyirəm”
"Zirə" "Araz-Naxçıvan"ı belə məğlub etdi - Video
"Bütün baş verənlər bizim səhvlərimizin nəticəsi idi"
"Zirə" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qalib gəldi
Kamilo Durandan “Qarabağ”a xoş müjdə
Azərbaycan boksçusu erməniyə qalib gəldi
"Barselona"da qalır