Azərbaycan çempionatında kobud səhv - 5 yox, 6 əvəzetmə etdilər

Azərbaycan çempionatında kobud səhv - 5 yox, 6 əvəzetmə etdilər
ÖLKƏ FUTBOLU 20 Oktyabr 2022 / 12:48 5674
-  A +

Azərbaycan birinci divizonunun dünən keçirilən 8-ci turunda kuryoz olay yaşanıb.

Qol.az-ın xəbərinə görə, hadisə "Zirə-2" - "Mingeçevir" matçında baş verib. Meydan sahibi komanda 3:0 hesabı ilə qalib gəldiyi görüşdə qaydalara əsasən 5 yox, 6 əvəzetmədən istifadə edib. "Zirə-2" üç əvəzetməni 45+2, digər üçünü isə 46, 70 və 80-ci dəqiqələrdə həyata keçirib. 

Çempionatın əsasnaməsinə görə, bu kobud qayda pozuntusu səbəbindən komandaya 0:3 hesablı texniki məğlubiyyət veriləcək. Bununla bağlı qərarı AFFA-nın İntizam Komitəsi növbəti iclaslarından birində verəcək. 

Bu fakt görüşün protokolunda və hakim-inspektorun raportunda öz əksini tapıb.

Daha çox


Son xəbərlər
28.02.26  16:19

"Neftçi"də itki

27.02.26  18:49

"Barselona"da qalır

topaz banner