"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo İngiltərə Premyer Liqasının 12-ci turunda "Tottenhem"lə oyun (2:0) bitməmiş paltardəyişmə otağına gedib.
Qol.az xəbər verir ki, görüşə ehtiyat oyunçular skamyasında başlayan və 90-cı dəqiqəyə kimi meydana buraxılmayan portuqaliyalı hücumçu final fitini gözləmədən bu addımı atıb. 37 yaşlı futbolçu ona şans verilmədiyi üçün baş məşqçi Erik Ten Haqa etirazını bu şəkildə bildirib.
Həmçinin oxuyun: Ten Haq: "Ronaldo haqlıdır"
Qeyd edək ki, Ronaldo bundan əvvəl oktyabrın 2-i keçirilən "Mançester Siti" ilə matçda da (3:6) ehtiyat oyunçular skamyasında qalmışdı. Həmin vaxt Ten Haq Ronaldonun karyerasına hörmət etdiyi üçün onu hesabda geridə olduqları oyunda meydana buraxmadığını söyləmişdi.
Xatırladaq ki, Ronaldo daha əvvəl İngiltərə Premyer Liqasının 11-ci turunun "Nyukasl"la qarşılaşmada (0:0) 72-ci dəqiqədə əvəzlənməsindən açıq şəkildə narazı olub. O, texniki zonada əyləşdikdən sonra məyus halda başını bulayıb.
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi