"Mançester Yunayted"in baş məşqçisi Erik Ten Haq futbolçusu Kriştiano Ronaldonun İngiltərə çempionatının 11-ci turunun "Nyukasl"la oyununda əvəzlənməsindən narazı qalmasına münasibət bildirib.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, portuqaliyalı hücumçunun bu məsələdə haqlı olduğunu deyib: "Məncə heç bir oyunçu əvəzlənən zaman xoşbəxt olmaz. Xüsusilə, Ronaldo da başqa münasibət göstərə bilməz. Ronaldo bu məsələdə haqlıdır. Normal münasibət göstərdiyi müddətdə problem olmayacaq. Ancaq yaxşı oynamağa davam etməli və qol vurmalı olduğuna inanmalıdır. Buna görə də məyusluğu normaldır".
Həmçinin oxuyun: Ronaldo əvəzlənməsindən narazı qaldı
Qeyd edək ki, Ronaldo sözügedən görüşdə meydana start heyətində daxil olub və 72-ci dəqiqədə əvəzlənib. Portuqaliyalının əvəzinə meydana Markus Reşford daxil olub. Meydanı tərk edən Ronaldo əvəzlənməsindən açıq şəkildə narazı olub. O, texniki zonada əyləşdikdən sonra məyus halda başını bulayıb.
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi