“Əlbəttə ki, “Turan Tovuz” yeni komandadır. Bu gün belə oyunlar bizim üçün vacibdir. Çünki inkişaf eləmək istəyiriksə, çempionluğa oynayan komandalara qarşı da yaxşı çıxış etməliyik”.
Bu sözləri Qol.az saytına açıqlamasında “Turan Tovuz”un baş məşqçsi Ayxan Abbasov deyib. O, Misli Premyer Liqasının 11-ci turunda sabah “Qarabağ”la səfərdə keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb: “Matça normal hazırlaşırıq. “Qarabağ”ın gücünü bilirik. Anlayırıq ki, bu mövsüm çempionatda heç kimə məğlub olmayıblar. Oyuna ciddi hazırlaşırıq. Çalışacağıq ki, sonadək mübarizə aparaq”.
41 yaşlı mütəxəssis bildirib ki, Ağdam təmsilçisi ilə görüşdə məğlub olmamağa çalışacaqlar: “Futbolçularımız hər oyun uduzmamağa çalışırıq. İnanmıram ki, kimsə meydana uduzmaq üçün çıxsın. Biz həmin komandalardanıq ki, mübarizə aparmaq, məğlub olmamaq istəyirik. Bu gün “Qarabağ”la oynayırıq, ya “Neftçi ilə, fərqi yoxdur. Bütün matçlarda uduzmamağa çalışırıq”.
“Turan Tovuz”un heyətindəki futbolçuların bir çoxunun artıq “Qarabağ”a qarşı oynadığını deyən Abbasov yeni gələn legionerlərə bu komandanın gücündən bəhs etdiklərini vurğulayıb: “Biz yeni komanda olsaq da, “Qarabağ”ı yaxşı tanıyırıq. “Turan Tovuz”dakı futbolçuların çoxu “Qarabağ”la oynayıblar. Amma yeni gələn legionerlər var. Onlara “Qarabağ” haqqında məlumat vermişik. “Qarabağ” son illərin stabil oynayan komandasıdır. Bu gün Avropada rəqib tanımırlar. Amma bu, futboldur. Futbol mübarizə oyunudur. Bu gün rəqibin üstün cəhətlərini deyiriksə, futbolçularımızı həmin tərəflərin qarşısını almaq üçün hazırlamağa da çalışırıq. “Qarabağ”ı hər kəs tanıyır, hamı onun uğurlarına sevinir. Amma bu gün biz rəqibik”.
Baş məşqçi “Qarabağ”a qarşı doğma azarkeşlər önündə yox, səfərdə oynamaqlarının çətin olub-olmayacağı ilə bağlı suala belə cavab verib: “Əlbəttə, biz evdə oynayanda sevinirik. Çünki azarkeşlərimiz də böyük komandaları görmək istəyirlər. İnşallah, “Qarabağ”la Tovuzdakı təxirə salınmış matç bu yaxınlarda olacaq. “Qarabağ” Tovuza gələcək. Amma bu gün səfərdə oynayırıq. Çempionat 4 dövrədən ibarətdir. 2 oyunu evdə, 2-sini də səfərdə keçirik. Buna da hazır olmalıyıq. Komandamız yenidir. Gənclər də var, təcrübəlilər də var. Belə matçlarda komanda olaraq inkişaf edəcəyik”.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 3-cü turunda avqustun 3-də keçirilməli olan “Turan Tovuz” - “Qarabağ” görüşü təxirə salınmışdı. Həmin qarşılaşma noyabrın 9-da Tovuzda oynanılacaq. Bu komandalar arasında 11-ci tur matçı isə sabah “Azərsun Arena”da olacaq. Oyun saat 19:00-da start götürəcək.
Xatırladaq ki, keçiridiyi 9 oyunun hamısında qələbə qazanan “Qarabağ” hazırda turnir cədvəlində 27 xalla iderdir. “Turan Tovuz” isə 12 xalla (9 oyun) 6-cıdır.
Nur Zeynalova
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video
"Liverpul"un hədəfinə tuş gəldi
Prezident yarımfinal matçının hesabını proqnozlaşdırdı
2-ci liqa: Liderlər heç-heçəyə razılaşdı
"Real"ın gənc oyunçusu Bundesliqa yolunda
“Atletiko” ona 120 milyon avro qiymət qoydu
10 illik dövrün sonu: "Mançester Siti"dən gedir
Xetaq Qazyumov: “Bu uğurla kifayətlənməyəcəyik”
"Fənərbaxça"da prezident seçkilərinin tarixi açıqlandı
Braziliya millisində daha bir itki - DÇ-2026-nı buraxacaq
Dimarko üçün 4 illik müqavilə
Uqo Lyoris Fransa millisinə qayıdır
Modriç əməliyyat olundu
“Qarabağ” 700-ə çatdı
PSJ - "Bavariya" oyunu bu kanallarda
"Sumqayıt"dan 21-ci əsrin antirekordu
“Qarabağ”da 200-cü oyun
Premyer Liqada 60-cı qol
Son 15 mövsümün rekordu
"Sumqayıt"ın yubiley qələbəsi
Çalhanoğlu üçün mövsüm başa çatdı
DÇ-2026 üçün sarı vərəqə qaydaları dəyişdirilir
“Fənərbaxça” baş məşqçini göndərdi
“Atalanta” səfərdə məğlub oldu - Video
“Mançester Yunayted”dən çətin qələbə
“Trabzonspor” uduzdu, “Beşiktaş”dan heç-heçə
Masazırda 2 qol, 2 qırmızı vərəqə - Video
"Hücum xəttini dəyişmək çətindir, ciddi rəqabət var"
Dilanovun dublu, "Ağdaş"ın 5 qollu qələbəsi - Video
"Qırmızı vərəqə planlarımızı pozdu" - Fizuli Məmmədov
Tovuzda vurulan 2 qol - Video
Matçın əlavə vaxtında 3 qol vurdular
"Sabah"dan qələbə, "Turan Tovuz" - "Zirə" matçında heç-heçə
"Gənc oyunçu şansı özü qazanmalıdır" - Kurban Berdiyev