"Səmimi deyim ki, artıq gələcəyə baxmıram. Gələcəyim ancaq "Qarabağ"la bağlıdır. Harasa getməyi düşünmürəm".
Bu sözləri Qol.az saytına geniş müsahibəsində "Qarabağ"ın futbolçusu Riçard Almeyda deyib. 33 yaşlı yarımmüdafiəçi karyerası ilə bağlı planları barədə sualı cavablandırarkən Ağdam təmsilçisində qalmaq və karyerasını burada başa vurmaq istədiyini deyib:
Həmçinin oxuyun: "Qarabağ"ın əcnəbilərinin Azərbaycansayağı görüşü - Video
"Təbii ki, karyeramın son illərini ancaq "Qarabağ"a həsr edərək keçirmək istəyirəm. Öz həyat yoldaşımla da bununla bağlı danışmışam. Əslində "Qarabağ"a gəldiyim ilk mövsümdən bəri həmişə özümü burada rahat hiss etmiş, xoşbəxt olmuşam. Təbii ki, bəzən daha sərfəli, cəlbedici təkliflər üçün "Qarabağ"dan ayrıldım. Amma orada heç vaxt buradakı kimi xoşbəxt olmamışam. Artıq hiss edirəm ki, "Qarabağ" mənim evimdir. Baş məşqçimiz Qurban Qurbanovun oyun fəlsəfəsi mənim ruhuma yaxındır. Onun oyun fəlsəfəsini demək olar ki, tam qavramışam. "Qarabağ"ı sevirəm, həyatım boyu da sevəcəyəm".
Braziliyalı oyunçu onu da qeyd edib ki, həyatında əldə etdiklərini "Qarabağ"a borcludur:
"Qarabağ" mənim həyatımı dəyişdirən klubdur. Həyatda nəyə nail olmuşamsa, çoxunu "Qarabağ"a borcluyam. Həm öz arzularımı, həm ailə üzvlərimin arzularını yerinə yetirmək üçün bu klubda olmağım mənə kömək edib. Karyeramı "Qarabağ"da başa vurmağı planlaşdırıram. Ümid edirəm ki, Qurban müəllimin istəyi də bu olar. Təbii ki, bütün bunlar istəkdir. Sən bir şeyi istəyirsən, amma Tanrı sənin üçün başqa planlar cıza bilər. Əlbəttə, "Qarabağ"da qalmaq istəyirəm. Amma həm də buna layiq olmaq, üzərində işləmək lazımdır. Öz zəhmətkeşliyinlə, komandaya fayda verməyinlə qalmağa layiq olmalısan. Bir sözlə, yaşıma baxmayaraq, ilk növbədə bu mövsümü müsbət notlarla başa vurmaq məqsədimdir. Yaşı hər hansı bir maneə saymayaraq, qarşıdakı mövsümdə bundan da yaxşı performans göstərməyi hədəfləyirəm".
Almeydanın geniş müsahibəsi bu gün saytımızda yayımlanacaq.
Qeyd edək ki, Riçard 2012-2018-ci illərdə "Qarabağ"da oynadıqdan sonra "Astana"ya (Qazaxıstan) transfer olunub. O, 2019-cu ildə icarə əsasında Ağdam təmsilçisində çıxış edib. Riçard 2020-21-ci illərdə Azərbaycanda "Zirə" klubunun formasını geyinsə də, 2021-ci ildə yenidən "Qarabağ"a qayıdıb.
Nur Zeynalova
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video