"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 10-cu turunda “Sabah”a səfərdə uduzduqları matçdan (0:1) sonra mətbuat konfransı təşkil edib. Qol.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb:
- Sürətli, gərgin oyun oldu. Rəqib ilk dəqiqələrdən irəli atıldı. Buna hazırlaşmışdıq. Oyun getdikcə istədiyimiz temp alınırdı. İki 100 faizlik qol epizodu yaratdıq. Həlledici məqam bunlardan yararlanmamağımız oldu. Oyun soyuyarkən qol buraxmağımız məyusedicidir. Hesabda geri düşəndən və azlıqda qalandan sonra hücuma atıldıq. Oyun qopmuşdu, risk edirdik. Bu gün hər iki komanda qələbə qazana bilərdi. Kim qol vursa, qalib gələcəkdi. Rəqibi təbrik edirəm. Futbolçularım yaxşı mübarizə apardılar. Bu oyunu unudub, qarşıdakı matçlara köklənməliyik.
- Coşqun Diniyev etiraza görə qırmızı vərəqə aldı. Bu barədə nə deyə bilərsiniz?
- Sizə Azərbaycan futbolundan 1 saatlıq video göstərərəm ki, ilk “sarı”sı olan futbolçu etiraza görə qırmızı almır. Baş hakim Elçin Məsiyevə sual verdim ki, neçə belə ikinci sarı vərəqə vermisən? Fikirləşdi və cavab vermədi. Kritik məqamda azlıqda qalmaq komandanı oyundan qoparır. Belə soyuqqanlı qərarlar “Zirə”yə qarşı olur. Nə isə... Hakimlikdən çox danışmaq istəmirəm.
- Sizcə, hakimlərin problemi Rəşad Sadıqovladır, yoxsa “Zirə” ilə?
- Bilmirəm.
- Oyunda iki futbolçunuz zədələndi...
- Keyta məcburi əvəzləndi. Hamdauidə ağrılar oldu. Keytanın zədələnməsi itkidir. Sonradan meydana çıxanlar da yaxşı oynadı.
- Mehdi Cənnətovun zədəsi nə yerdədir?
- Bəzən elə zədələr olur ki, həkimlər qeyri-müəyyən vaxt proqnoz edirlər. Mehdidə də belədir. Sağalmağını gözləyirik.
- Yeni transfer İssa Cibril qışdan oynaya biləcək. Bu, niyə belə alındı?
- Avqustdan danışıqlar aparırdıq. Futbolçu sərbəst idi. Milli fasilədən sonra bizə qoşulmalı idi. Bəzi texniki səhvlər baş verib. Ona görə qışdan oynaya biləcək. İssa bəyəndiyimiz futbolçudur.
- Coşqun Diniyev qırmızı vərəqə alandan sonra hirsini cilovlaya bilmədi...
- Nəyisə sındırdığını bilmirəm. Ola bilər, hirsindən harasa vurub. Mənə belə qırmızı versələr, bəlkə daha betərini edərdim.
- Ona haqq qazandırırsız?
- Xeyir. Futbolçularımın səbirli olmasını istəyirəm. Amma biz də anlayışlı olmalıyıq.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır