"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 10-cu turunda səfərdə "Şamaxı" ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransı təşkil edib. Qol.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb:
- "Şamaxı" son turlarda məzmunlu, intizamlı oyun nümayiş etdirir. Digər tərəfdən isə bizim üçün süni örtüklü meydandan təbii örtüyə keçmək ağır gəlir. Buna rəğmən çoxsaylı qol epizodları yaratdıq. Son oyunlarda olduğu kimi bu gün də qol epizodlarını reallaşdırmaqda çətinlik çəkdik. Amma heç nə itirlməyib. Daha yaxşı olmağa çalışırıq".
Həmçinin oxuyun: Şamaxıdakı heç-heçədən - Video
- Felipe Santos topu boş qapıdan keçirə bilmədi. Həmin epizod oyunun qırılma anı idi?
- Oyunun qırılma nöqtəsini təkcə Felipe ilə bağlamazdım. Felipeden əvvəl Ramon Maçadonun da qol epizodu var idi. Rafael Utziq də təkbətək epizod əldə etdi, onu dəyərləndirsəydi, indi fərqli düşünərdik. Hərdən çətin epizodu dəyərləndirirsən, bəzən isə daha rahat epizodda çətinlik çəkirsən.
- Matçın son saniyələrində hakimdən penalti tələb edirdiniz. Həmin epizodla bağlı fikriniz necədir?
- Yəqin ki, onlar epizodu daha yaxşı dəyərləndirərlər. Amma top qapı istiqamətinə gedirdi və bizə penalti kimi göründü. İstənilən halda, qərar onlarındır. Yəqin ki, ədalətli qərar veriblər.
- Rafael Utziq əvəzlənəndə sanki sizə etiraz edirdi...
- Oyunçu sterssli olur və hər xırda epizodları narazılıq etdiyi kimi dəyərləndirməzdim. İki-üç qol epizoduna girir, dəyərləndirə bilmir, üzüntülü olur. Komandada hər şey qaydasındadır, hamı bir-birinə dəyər verir. Rafael Utziq inandığım futbolçudur və sona kimi meydanda olacaq.
- Futbolçulardakı geriləmə nə ilə əlaqədardır?
- Fərdi olaraq kimisə vurğulamazdım. Oyun epizodlarında hərdən komanda şəklində oyundan qopuruq. Bunun üzərində dayanıb, daha da yaxşılaşdırmalıyıq.
- Qəbələdə süni örtüklü meydança da var. Orada hazırlaşmaq olmazdı?
- Heyət geniş olmadığı üçün ehtiyat edirik. Futbolçuları qorumaq istəyirik.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır