"Azarkeşlərimizi təbrik edirəm. Hər oyunda uduzsaq da, dəstək olurlar. Onlara da qələbə lazımdır".
Qol.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Misli Premyer Liqasının 10-cu turunda evdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra təşkil olunan mətbuat konfransında deyib:
Həmçinin oxuyun: Şamaxıdakı heç-heçədən - Video
Mütəxəssis komandanın azarkeşlərini səbrli olmağa çağırıb: "Səbirsizdirlər, onları səbrli olmağa çağırıram. Çünki sıfırdan formalaşmışıq, gənc futbolçularımız var. Bu futbolçularla gələcəkdə çox işlər görə bilərik".
V.Əsgərli görüşün çətin keçdiyini deyib: "Oyunun gərgin keçəcəyi məlum idi. "Qəbələ"nin heyətində zəngin təcrübəyə malik futbolçular var. Onlar dinamik, dominant futbol oynayır. Bu cür komandaya qarşı isə çox çətin olur. Futbolçular müdafiə və hücum planında 90 dəqiqə mübarizə aparırdı. Premyer Liqada ani diqqətsizlik qola gətirib çıxarır".
Çalışdırıcı qazandıqları 1 xalın komandaya motivasiya verəcəyini bildirib: "Qol buraxsaq da, toparlanıb, hesabı bərabərləşdirdik. Hədəfimiz xal və xallar qazanmaqdır. Bu gün xal qazansaq da, bu, hər şeyə nail olduğumuz anlamına gəlməməlidir. Daha çox işləməliyik. Sona qədər əla futbol göstəririk, son dəqiqədə qol buraxırıq. Bəxtsizlik bizdən əl çəkmir. Amma bu gün bir xal qazandıq. Hər komandaya qarşı eyni hazırlaşırıq. Belə komandalara qarşı ani diqqətsizlik etmək olmaz. Bu xal bizə əlavə motivasiya verəcək".
Əsgərli komandaya legionerlərin cəlb olunub-olunmayacağı ilə bağlı isə bu cür danışıb: "Qol buraxırıqsa, hamının səhvi var, məşqçilərin də, futbolçuların da. Analiz edəndə görürük ki, buraxılan qolda tək Adildə səhv yoxdur. Ondan əvvəl olan səhvlərdir ki, məcburiyyətdən Adil də səhv edir. Ümumi baxanda komandamızda təcrübəlilərin olması vacibdir ki, gənclərimiz də inkişaf etsin. Onlara meydanda və meydandan kənarda da dəstək olurlar, yol göstərirlər. Biz də istəyərik ki, səviyyəli legionerlər gətirək. Ön xətdə bizim üçün vacibdir. Ancaq əvvəldən bəlli strategiyamız var. Legionerləri də gətirsək, həmin strategiya pozulacaq. İstəyirik ki, belə davam edək. Yavaş-yavaş səhvləri aradan qaldırırıq. Qəti bir şey yoxdur. Rəhbərliklə görüşəcəyik, necə olacağı qışda bilinəcək".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır