Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) rektoru Fuad Hacıyev arasında görüş keçirilib.
Qol.az xəbər verir ki, görüş zamanı ASAPES-in rektoru Fuad Hacıyev beynəlxalq təcrübə və tədris standartları əsasında hazırlanan “İdman jurnalistikası” magistr ixtisası, Multimedia Mərkəzi və Akademiyanın digər fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib, qarşılıqlı inkişaf perspektivləri barədə fikirlərini ifadə edib.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media sahəsində aparılan islahatlar çərçivəsində sahəvi jurnalistikanın, o cümlədən idman jurnalistikasının inkişaf etdirilməsi, təhsil prosesində ənənəvi medianın rəqəmsal mediaya inteqrasiyasının dəstəklənməsi və yeni media mühitinin tələblərinə cavab verən kadr potensialının artırılmasının önəmini vurğulayıb, biznes, dövlət və ali təhsil müəssisələri arasında innovasiya sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.
ASAPES-in Tədris və Elmi İşlər üzrə Prorektoru Təhminə Tağı-Zadənin, Sosial məsələlər, tələbə-gənclərlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Almaz Ələkbərovanın “İdman Jurnalistikası” Proqramının beynəlxalq konsultantı Liverpool Universitetinin MBA (Futbol İndustriyası) proqramının məzunu, FIFA, AFC və UEFA-nın eksperti Daniel Fletcherin və MEDİA-nın əməkdaşlarının iştirak etdiyi görüşdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, bu istiqamətdə Agentlik tərəfindən hazırlanan “MEDİA Lab” layihəsi və layihənin ASAPES-də təşkili mexanizmləri müzakirə olunub.


Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır