“Hamı kimi mən də “Qarabağ”dan qələbə gözləyirəm. Amma bu, asan olmayacaq”.
Bu sözləri Qol.az saytına açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov deyib. O, “Qarabağ”ın Avropa Liqasının 4-cü turunda “Olimpiakos”la Bakıda keçirəcəyi oyunla bağlı fikirlərini bölüşüb.

Kərimov bildirib ki, 3-cü turda səfərdə Yunanıstan təmsilçisinə 3:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi Bakıda çətinliklə üzləşə bilər:
“Ən azından “Qarabağ”ın bu dəfə 3:0 hesablı qələbə qazanacağına şübhə edirəm. Sözün düzü, “Olimpiakos”un tam heyətlə gəlib-gəlmədiyindən xəbərim yoxdur. Amma tam heyətlə olsalar, bizi çox ağır oyun gözləyir. Təbii ki, qələbə qazana biləcəyik. Lakin səfərdəki 3:0 hesablı qalibiyyət bizi aldatmalı deyil”.
Mütəxəssis “Qarabağ”ın qrupdan çıxıb, növbəti mərhələyə vəsiqə qazanacağına şübhə etmədiyini deyib: “Qrupdan çıxacağıq. Buna şübhə etmirəm. Amma düşünürəm ki, “Olimpiakos”la ev oyunu çox gərgin keçəcək. Çünki səfərdəki matçda həm ilk hissədə onların basqılı oynaması, həm görüşün sonlarına yaxın qol imkanları yaratmaqları buna əsas verir ki, Bakıda bizim üçün asan olmayacaq. Səfər oyununda üstün tərəflərimiz o idi ki, “Olimpiakos” tam əsas heyətlə çıxış etməmişdi. Bundan əlavə yeni baş məşqçi gəlmişdi, yeni ulduz oyunçular var idi. Ulduz futbolçular bəzən oyun nizam-intizamını tam olaraq yerinə yetirmirlər. Vurduğumuz 2-ci qol da əslində rəqib futbolçunun topu başdan sovdu halda hərəkət etdirməsindən oldu. Marko Veşoviç topu ələ keçirdi və təkbətək qalaraq qol vurdu. Bu baxımdan belə şeylər bizim üçün üstünlükdür. Təbii ki, azarkeşlərin dəstəyini də qeyd etmək lazımdır. Bakıda oynayırıqsa, azarkeş izdihamı olacaq və bu, rəqibi basqı altına salacaq”.
A.Kərimov zədədən qayıdan Kevin Medina və Maksim Medvedevin “Olimpiakos”la görüşdə əsas heyətdə meydana çıxmayacağını düşünür:
“Kevin Medina və Maksim Medvedev zədələrini sağaldıblar. Amma düşünmürəm ki, Qurban Qurbanov hər ikisini eyni anda əsas heyətdə meydana buraxsın. Çünki uzun müddətdir oyun təcrübələri yoxdur. Oynamayan futbolçunu birdən-birə meydana buraxmaq olmur. Düzdür, Premyer Liqada “Qəbələ” ilə matçda oynadılar. Amma bu, göstərici deyil. Ola bilər ki, Medina və Maksim ikinci hissədə meydana çıxsınlar və ya ilk hissədə start heyətdə oynayıb, sonra əvəzlənə bilərlər. Amma hər bir halda ötən oyunlarda Medina və Maksimin əvəzinə meydana çıxan futbolçular onların yoxluğunu hiss etdirmədilər. Yəni, düşünmürəm ki, Qurban Qurbanov birdən-birə Medina və Maksimi əsas heyətə daxil etsin”.
Qeyd edək ki, oktyabrın 13-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Olimpiakos" görüşü saat 20:45-də başlayacaq.
Nur Zeynalova
Modriç əməliyyat olundu
“Qarabağ” 700-ə çatdı
“Qarabağ”da 200-cü oyun
Premyer Liqada 60-cı qol
Son 15 mövsümün rekordu
"Hücum xəttini dəyişmək çətindir, ciddi rəqabət var"
Dilanovun dublu, "Ağdaş"ın 5 qollu qələbəsi - Video
"Qırmızı vərəqə planlarımızı pozdu" - Fizuli Məmmədov
Tovuzda vurulan 2 qol - Video
Matçın əlavə vaxtında 3 qol vurdular
"Sabah"dan qələbə, "Turan Tovuz" - "Zirə" matçında heç-heçə
"Gənc oyunçu şansı özü qazanmalıdır" - Kurban Berdiyev
"Barselona" Reşfordla razılaşıb
"Fənərbaxça"nın qapıçısı VAR ekranına zərbə endirdi - Video
Modriç mövsümü başa vurdu
"Sabah" - "Karvan-Yevlax": Heyətlər
"Araz Saatlı" "Göygöl"ə, "Ağdaş" "Şəki Siti"yə qalib gəldi
“Neftçi” - “Qarabağ” matçının biletləri satışa çıxarıldı
Rəqibə yumruq atdı, meydandan qovuldu - Video