"Zirə"dən legioner transferi

"Zirə"dən legioner transferi
ÖLKƏ FUTBOLU 12 Oktyabr 2022 / 10:33 2838
-  A +

"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İssa İbrahim Cibrila ilə 2.5 illik müqavilə imzalanıb.

Əldə edilmiş razılığa görə müqavilə 2023-cü ilin yanvar ayının 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, Niger millisinin də üzvü olan 27 yaşlı yarımmüdafiəçi son olaraq Türkiyənin “Ankara Keçiörəngücü” klubunda çıxış edib.

Daha çox


Son xəbərlər
28.02.26  16:19

"Neftçi"də itki

topaz banner