Azərbaycan Premyer Liqasında -cu turun “Qəbələ” – “Qarabağ” (0:1) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.
Qol.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib:
"Futbolçularımı təbrik edirəm. Bu ərəfələr ən vacib 3 xalımızdan biri idi. Komandada bir az narahatlıq var idi. Səfərdən sonra tam özlərinə gəlməmişdilər. Bunun şahidi olduq. Çox əziyyət çəkdilər. Bəzən istədikləri alınmayanda gərginlik olur. Yaxşı komandaya qalib gəldik. Azlıqda qalsalar da, sona kimi mübarizə apardılar. “Qəbələ”yə uğurlar arzulayıram.
- Leandro Andradenin vəziyyəti necədir?
- Böyük ehtimalla əzələ zədəsidir. Sabah dəqiq məlumat olacaq.
- Qırmızı vərəqə epizodunda hakimə nəsə dediniz...
- Yox. Sadəcə, baxmaq istəyirdim.
- Belə təəssürat yarandı ki, qırmızı vərəqə verilməsini istəmirdiniz.
- Daha hakimlərin işinə qarışmayacağam. Referi dedi ki, baxmaq olmaz. Ona görə kənara çəkildim.
- Uzun fasilədən sonra meydanda olan Kevin Medina və Maksim Medvedev dueti necə təsir bağışladı? Qarşıdakı matçda meydana çıxa biləcəklər?
- Ümumən yaxşı çıxış etdilər. Amma oyun ritmində çatışmazlıq hiss olunurdu. Uzun fasilədən sonra çətindir. Amma sona kimi meydanda oyunu idarə edə bildilər. Bu, çox vacib idi. Rəqib azlıqda qalandan sonra daha rahat oldu. Bir neçə günümüz var. Hazırlıq səviyyələrinə görə qərar verəcəyik.
- Qarşıda “Olimpiakos”la oyun var. Ev matçı barədə nə düşünürsüz?
- Xüsusi bir fikrimiz yoxdur. Sabahdan hazırlığa başlayacağıq. Oyunumuzu analiz edəcəyik. Gedişata uyğun addım atmağa çalışacağıq. İstər-istəməz gərginlik var. Gözləntilər və istək çoxdur. Hazırlıqda problem olmayacaq. Sabahdan vaxtımız olacaq ki, futbolçuları optimal formaya qaytaraq.
- Oyun sistemində dəyişiklik olacaq?
- Oyunun gedişatında hansısa detallar əlavə oluna bilər. Öz oyunumuzu daha da yaxşılaşdırmağın üzərində işləməliyik.
- Qara Qarayevin De Byazi ilə bağlı problemləri aydın idi. Maksim Medvedev də taktika ilə bağlı açıqlama verdi. Hər iki oyunçunun “Qarabağ”ın üzvü olması müzakirələrə səbəb olub...
- Hər ikisi həm də millinin futbolçusudur. Qəribə bir şey görmürəm. Milli haqqında fikir bildirmirəm. Öz aralarında olan diskusiyadır. Hərə bir formada fikrini çatdırır. Dünya praktikasında olan şeylərdir. Belə hallar baş verir. Nə olur, onu deyə bilmərəm, fikir bildirmək düşüncəm yoxdur.
- Çoxları düşünür ki, “Qarabağ”a ölkədə rəqib yoxdur. Siz nə fikirləşirsiz?
- Çalışırıq, işimizi görək, üzərimizə düşən vəzifəni yerinə yetirək. Qarşıda çox oyun var. Çempion olmaq istəyirik. Amma bunu istəyənlər çoxdur. İndidən nəsə demək olmaz. Hər kəsə bizə inandıqları üçün təşəkkür edirəm.(futbolpress.az)
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır