"Turan Tovuz"un futbolçusu xəstəxanadan evə buraxıldı

"Turan Tovuz"un futbolçusu xəstəxanadan evə buraxıldı
ÖLKƏ FUTBOLU 9 Oktyabr 2022 / 16:46 1460
-  A +

Misli Premyer Liqasının 9-cu turunun "Neftçi" ilə matçında zədələnən "Turan Tovuz"un futbolçusu Ehtiram Şahverdiyevin durumu ciddi deyil.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi xəstəxanada müayinə olunduqdan sonra evə buraxılıb. Futbolçu 2 günlük istirahətin ardından komanda ilə məşqlərə qoşulacaq.

Qeyd edək ki, Şahverdiyev "Neftçi" ilə qolsuz başa çatan matçın 58-ci dəqiqəsində ikili mübarizə zamanı zədə alıb. Futbolçu meydanı xərəkdə tərk edib.

Daha çox


Son xəbərlər
28.02.26  16:19

"Neftçi"də itki

topaz banner