"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 9-cu turunda evdə "Turan Tovuz"la qolsuz bərabərə qaldıqları oyundan sonra mətbuat konfransı keçirib.Qol.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Oyuna yaxşı başladıq. Çalışdıq ki, rəqib üzərində təzyiq yaradaq. Amma sonluğu gətirə bilmirdik. Buna görə də oyunumuzu çətinləşdirirdik, topu ayağımızda çox saxlayırdıq. Oyuna sürətimizi, keyfiyyətimizi əlavə edə bilmirdik. Beləliklə, oyunu da rəqib üçün asanlaşdırdıq. Bizim üçün yaxşı oyun deyildi.
- "Qarabağ"ı çempionluq münasibətilə təbrik etmək olar?
- Hazırda çox danışmalı deyilik. Bunu meydanda göstərmək lazımdır. Sakitləşib yenidən bərpa olunaraq, titul uğrunda mübarizəyə davam etməliyik.
- Adınız "Styaua" ilə hallanır. Bu, nə dərəcədə doğrudur?
- Bu barədə deyiləsi bir şey yoxdur. "Neftçi" ilə iki illik müqaviləm var və işimə konsentrasiya olmuşam. Adım çox yerlərdə hallana bilər.
- Bundan əvvəl də Rumıniya millisi ilə adınız hallanırdı. Bu sizə olan tələbdən irəli gəlir, yoxsa işinizə konsentrasiya olmağınızı istəməyənlər var?
- Adımızın hallanması normaldır. Onlar da mediadır, sizin kimi jurnalistlərdir. Nə düşünürlər, nə istəyirlər, onu da yazırlar. Bu, mənim problemim deyil. Amma məndə bu barədə məlumat yoxdur.
- Bu gün qapıya bir zərbə də endirmədiniz. Belə rəqibə qarşı daha fərqli oynaya bilməzdiniz?
- Həftəboyu beşli müdafiəyə qarşı necə oynamalı olduğumuzu məşq edirdik. Komandanı rəqibə uyğun hazırlamağa çalışırdıq. Düşünürəm ki, erkən qol oyunu dəyişə bilərdi. İlk dəqiqələrdən aqressiv oynamağa çalışdıq. Qol axtarışda idik. Bunu edə bilmədiyimiz üçün rəqibə daha çox motivasiya verdik. matçın sonunda rəqibin 100 faizlik şansı oldu.
- Demək ki, rəqib baş məşqçi komandasını sizə qarşı daha yaxşı hazırlamışdı...
- Müdafiə olunmaq, hücum qurmaqdan daha asandır. Oyuna kimin daha yaxşı hazırlaşdığını indi müzakirə edə bilmərik. Orta xəttdə sıxlıq yaratmağa çalışdıq. Hücumçumuz ucaboy deyil, bunu nəzərə almışdıq. Oyun üslubumuz belədir ki, sürətli hərəkət edib hücumlar quraq.
- Çempionluğa oynayan komandanın ehtiyat skamyası bu qədər kasad olmamalıdır. Bununla bağlı rəhbərliklə söhbət etmisiniz?
- Bəli, biz hər gün bu mövzu haqda rəhbərliklə söhbət edirik. Hazırda güclü komanda yaratmaq üçün prosses gedir. Bilirik ki, bir gün ərzində bunu əldə edə bilmərik. Müəyyən mövqelərə futbolçular təklif olunur, baxırıq. Komanda yerli oyunçularla da güclənməlidir. Yerli oyunçularımızın zədələnməsini də gözləmirdik. Uzunmüddətli zədəli olan oyunçumuz var. Ümidvaram ki, Eddi 3-4 həftədən sonra komandaya qayıdacaq.
- Qodsvoy Donyo qol vura bilmir. Onun indiki vəziyyəti sizi qane edir?
- Hücumçu qol vurmalıdır. Əminliklə deyə bilərəm ki, Donyo da öz oyunundan razı deyil. Kifayət qədər keyfiyyətli futbolçudur. Ümid edirik ki, yenidən qolları sıralayacaq. Ona inanırıq.
- Solomon Kvirkveliyanın əvəzlənərkən narazı olmasını bütün stadion gördü. Bu barədə fikriniz necədir?
- Son 7-8 qalmışdı və hansısa müdafiəçini hücumçu ilə əvəzləməliydik. Solomonun narazı qalması üçün heç bir əsas yoxdur. Daha çox mübarizə aparmalı, öz üzərində çalışmalıdır ki, daim oynasın. Əminəm ki, heç bir problem də yoxdur.
- Sizcə, Emin Mahmudova istirahət verməli deyilsiniz?
- Ona necə istirahət verə bilərik? Peşəkar futbolçudur və 90 dəqiqə oynamalıdır. Milli komandanın və "Neftçi"nin kapitanıdır. Bu yarışdır və bunu mən təşkil etmirəm. Bu, bizim işimizdir, hər gün görməliyik. Çünki futbola görə maaş alırıq. Ola bilsin, yorğundur. Üst-üstə oyunlar keçirir. İstirahət üçün vaxtı olmur. Emin kimi 10 oyunçumuz yoxdur. O da 3-4 gündən bir meydana çıxdığı üçün qürur hissi keçirməlidir. Sizə məlumat verim ki, Emin ən çox iş görən, ən çox qaçan oyunçumuzdur. Bəlkə də siz haqlısınız, Emin robot deyil, insandır və buna görə yorula bilər. Onun oyunundan razıyam.
"O, döyüşçü xarakterli oyunçudur"
Flikdən "Barselona"da 100-cü oyun
Haaland start heyətdə yer almadı
Yamal ilk her-trikini etdi, rekorda imza atdı
"Liverpul" 7 qollu matçda qalib gəldi
"Nyukasl"dan səfər məğlubiyyəti
Qubada baş tutmalı olan matçın yeri dəyişdirildi
Qəbələdə vurulan 2 qol - Video
Vaxt itkisinə yol verən komanda azlıqda qalacaq - Yeni qayda
"Bu gün bəxt bizdən üz döndərmişdi" - Kaxaber Sxadadze
"Beşiktaş"dan derbi öncəsi minimal hesablı qələbə
"Heç bir məşqçi belə tapşırıq verməz" - Fizuli Məmmədov
Azərbaycan cüdoçusu Özbəkistanda çempion oldu
VAR artıq ikinci sarı vərəqələrə də müdaxilə edəcək
Şamaxıda və Qəbələdə heç-heçə
Reşford "Barselona"da maaşının azaldılmasına razılaşdı
"Qəbələ"nin futbolçusu mükafatlandırıldı
Dramatik oyunda vurulan 4 qol - Video
"Sanki bizim irəli getməyimizi istəmirlər" - Yuri Vernidub
"Çelsi" ulduz futbolçuları ilə sağollaşmalı olmayacaq
"Neftçi"də itki
"Qəbələ" - "Karvan-Yevlax": Heyətlər
ABŞ klubu ilə müqavilə bağlasa da, “Qarabağ”da məşq edir
İsraildə oyunlar təxirə salındı
Azərbaycan cüdoçusu “Böyük Dəbilqə”nin finalında
“Şamaxı” - “Neftçi”: Heyətlər
“Mançester Siti”nin Vinisius Junior planı
Messi Ağ Evdə Trampla görüşəcək
Qəbələ şəhər stadionu qardan təmizlənir - Video
Hidayət Heydərov cəzalandırıldı - Yarışa qatılmayacaq
“Turnir cədvəlinə fikir vermirik” - Rüfət Abdullazadə
"Atletiko"nun direktoru: "Qrizmannın bizimlə daha 2 ili var"
“Ümid edirəm ki, UEFA Türkiyədə oynamağımıza icazə verər”
Klopp “Real”ın qarşısına şərtlər qoydu
Azərbaycan basketbol millisi səfərdə qələbə qazandı
Cəlal Hüseynov oynadı, komandası qalib gəldi
Gecə-gecə Qəbələ stadionunu qar örtdü - Video
“Trabzonspor” və “Başakşehir”dən qələbə
“Heç vaxt təslim olmayan “Barselona” görmək istəyirəm”
"Zirə" "Araz-Naxçıvan"ı belə məğlub etdi - Video
"Bütün baş verənlər bizim səhvlərimizin nəticəsi idi"
"Zirə" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qalib gəldi
Kamilo Durandan “Qarabağ”a xoş müjdə