"Səfərdə "Neftçi" ilə oynamaq çətindir. Amma belə oyunlar bizim üçün vacibdir. İnkişaf etməkdən ötrü bu cür rəqiblərlə qarşılaşmalıyıq. Əzmkarlıq sayəsində xal qazandıq. Bilirdik ki, "Neftçi" "Qarabağ"a uduzub deyə bu oyunda qalib gəlmək istəyəcək. Əks-hücumlarda yaxşı epizodlara girdik. Soyuqqanlı olsaydıq, epizodlardan istifadə edə bilərdik. Bizim üçün hər xal önəmlidir. Çempionat daha da gərginləşir. İkinci dövrə daha da mübariz olacaq. Futbolçulara dedim ki, işə davam".
Qol.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 9-cu turunda səfərdə "Neftçi" ilə qolsuz bərabərə qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Böyük itkilərlə oyuna çıxmışdıq. Runi Eva iki oyun idi ki, zədə ilə oynayırdı. Amma hiss etdik ki, bu, ona gələcəkdə daha pis təsir edər. Ona görə ona istirahət verdik. Şakir Seyidovun qırmızı vərəqəsi var idi. Bu rotasiyalar normaldır. Bu ay 5 oyun oynayacağıq. Hər bir futbolçunu kluba dəvət edəndə onlara şans verəcəyimizi bildirmişdik. Bu gün də bir neçə futbolçuya şans verdik. Məncə, uğurlu çıxış etdilər. Komandada rəqabət olmalıdır. Heyət geniş deyil, amma çalışırıq ki, rəqabət olsun" - deyə o bildirib.
Mütəxəssis "Bakcell Arena"da Ayxan Abbasov müxtəlif klublarda olsa da, uğurlu çıxış edir. Bunun resepti nədir?" sualına belə cavab verib: "Zirə"də, "Sumqayıt"da işləyəndə də, bu cür suallar verilirdi. Özüm də bilmirəm(gülür)".
A.Abbasov ikinci hissədə zədələnən Ehtiram Şahverdiyevin durumu haqda da danışıb: "Başından zərbə aldı. Meydanda qalması riskli idi. İndi durumu ilə maraqlandım. MRT müayinəsindən sonra daha dəqiq bilinəcək. Ümid edirəm ki, ciddi deyil".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır