Azərbaycan millisinin futzalçısı Amadeu federasiyanın rəsmi saytına açıqlama verib.
Qol.az xəbər verir ki, braziliyalı hücumameylli yarımmüdafiəçi dünya çempionatının seçmə mərhələsində Polşaya qalib gəlmələri (4:3) barədə danışıb. Qələbə qolunun vurulmasında əsas pay sahibi olan oyunçu deyib:
“Hamını təbrik edirm. Qələbə qazandığımıza görə sevinirəm. Çox çətin oyun oldu. Rəqibimiz də sona qədər mübarizədən qopmadı, təslim olmaq istəmirdi. Nəticədə ağır, gərgin qarşılaşma izlədik. Komanda yoldaşlarım meydanda gücləri çatdığı qədər mübarizə apardılar. Yekunda əməyimizin mükafatı olaraq qələbə qazandıq".
Amadeu öz karyerası barədə də danışıb: "Üç ildən sonra Azərbaycan millisinə dəvət aldığıma görə, şadam. Bu formanı fəxrlə geyinirəm. Hazırda karyeramı Braziliyada davam etdirirəm. Klubumda daim oynayıram, yaxşı forma yığmışam. Ona görə də işimi orada davam etdirməkdən məmnunam. Amma hər zaman baş məşqçinin milli üçün çağırışına da hazıram. Millinin bütün oyunlarında iştirak etməyi çox istəyirəm".
Futzalçı dünya çempionatının əsas mərhələsinə vəsiqə qazanmaq istədiklərini deyib:
"Əlbəttə, məqsədimiz dünya çempionatına vəsiqə qazanmaqdır. Dünənki oyun və əzmkarlıq göstərdi ki, bunun öhdəsindən gələ bilərik. Yunanıstana qarşı komanda yoldaşlarım mübarizə aparıb. Düzdür, hər iki oyunda qələbə qazanmışıq. Ancaq bu işimizi asanlaşdırmır, əksinə daha məsuliyyətli olmalı, arxayınlığa yol verməməliyik. İnanıram ki, Afina səfərini də 3 xalla başa vuracağıq və ən azı marta qədər zirvədəki yerimizi qoruyacağıq”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır