"Zirə"nin futbolçusu üçün əlamətdar oyun

"Zirə"nin futbolçusu üçün əlamətdar oyun
ÖLKƏ FUTBOLU 8 Oktyabr 2022 / 14:58 1160
-  A +

"Zirə"nin futbolçusu Coşqun Diniyev Premyer Liqada 200-cü oyununu keçirib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının 9-cu turuna təsadüf edib.

“Zirə” – “Şamaxı” matçına start heyətində çıxan 27 yaşlı yarımmüdafiəçi bu qarşılaşmayadək 199 görüşdə forma geyinib. O, Premyer Liqadakı 200 matçda 9 qol vurub.

Coşqun bu oyunlardan 34-nü “Zirə”də keçirib. Yarımmüdafiəçi paytaxt təmsilçisinin heyətində 3 qola imza atıb.

Daha çox


Son xəbərlər
28.02.26  16:19

"Neftçi"də itki

topaz banner