"Çətin oyun alındı. Həftəboyu da futbolçulara deyirdim ki, rəqib son pillədə ola bilər, amma son turlarda göstərdiyi oyun və əzmkarlıq yaxşı idi. Bunu mütləq nəzərə almalıydıq. Futbolçularımızda da böyük diqqət, rəqibə böyük hörmət gördüm. İlk hissə bizim üçün ağır idi. Amma bir neçə qol vəziyyəti yaratdıq, istifadə edə bilmədik. İkinci hissədə oyun daha da sürətləndi. Standart vəziyyətdən fərqləndik. Önəmli, vacib qələbə qazandıq. Futbolçularımı təbrik edirəm. Bu oyunu görmək istəyirdim. 90 dəqiqə stabil, dinamik oynayan komanda gördüm".
Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 9-cu turunda "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, qələbə qolunu vuran Dimitrios Çantakiasın çox danışdığını söyləyib: "Bu haqda onunla çox danışırıq. Bəzən faydası olur, bəzən olmur. Həyatda sakit biridir. Məşqlərdə heç kimlə konflikti olmur. Onu hamıdan çox istəyirlər. Oyun başlayanda dəliyə çevrilir. Daha səbirli olmalıdır".
Mütəxəssis bugünkü oyundan və nəticədən razı qaldığını vurğulayıb: "Əvvəlki matçlarda bəzi oyun kəsikləri məni qane etmirdi. "Turan Tovuz"la 60-cı dəqiqədən sonrakı oyunumuz məni qane etməmişdi. Amma bu gün sona qədər oynadılar".
O, Vaqif Paşayevi komandaya məsləhətçi, ağsaqqal kimi dəvət etdiklərini söyləyib: "Amma müəyyən problemlər yaşayırdıq. Bu, kateqoriya ilə bağlı idi. Pandemiya dövrü idi, xəstələnirdik. Həmin vaxtda ondan xahiş etdim ki, komandanın içində olsun və mən olmayanda, əvəzləsin. Vəzifəsindədir. Məsləhət edirik, onunla danışırıq".
R.Sadıqov turnir cədvəlindəki vəziyyətlə əlaqədar bildirib: "Sabah" əsas rəqibləri üzərində qələbələr qazanıb. Hər dövrəyə 16-18 xal yaxşı nəticədir. Müəyyən oyunlar oldu ki, mübarizədən qopduq. Turnir cədvəlinə baxdıqda, üçlükdəkilər favoritdir. Çox istəyərəm ki, komandam avrokuboklardan kənarda qalmasın. Bundan ötrü sona qədər mübarizə aparacağıq. Hər komandanın enişi və yüksəlişi olacaq. Bu iki oyun kritik idi. 1:7 uduzmuşduq, komandanın toparlanıb əzmkar rəqibləri üzərində qələbə qazanması vacib idi. "Sabah"a qarşı səfərdə oynayacağıq. Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə ilə qayıdaq".
Mütəxəssis "Şamaxı"ya icarəyə verilən Cəlal Hüseynov haqda deyib: "Qərarı Cəlalın özünə buraxmışdım. O, getdikdən sonra mərkəz müdafiəçisi transfet etdik. Getməsəydi, etməzdik. Qərarını da dəstəklədim. Bu gün yaxşı oynadı. Heç kim zəmanət verə bilməz ki, "Şamaxı" sonuncu olacaq. İnanıram ki, daha yuxarı pillələr uğrunda mübarizə aparacaqlar. Cəlala da uğurlar arzulayıram. İnanıram ki, komandamıza döndükdə, daha yaxşı vəziyyətdə olacaq".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır