"Kəpəz”də olan infrastruktur problemləri hamıya bəlli idi və bir daha bu məsələ ilə bağlı ətraflı danışmaq istəmirəm. Məlum məsələlərdən Gəncə təmsilçisi bütün oyunlarını səfərdə keçirirdi və bundan əlavə, xərclər məsələsi də var idi".
Qol.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının (PFL) vitse-prezidenti Aslan Şahgəldiyev jurnalistlərə açıqlamasında deyib.
PFL rəsmisi Gəncə şəhər stadionunun ikinci dəfə təftiş olunmasından sonra arenaya azarkeşlərin buraxılmasına icazə verildiyini bildirib: "Komandaların səfərə getməsi, oteldə qalması, bunlar hamısı müəyyən qədər maddiyyat tələb edir. Təhlükəsizliklə bağlı müvafiq rəy verilməmişdi, buna görə də klubun ev oyunlarını öz meydanında keçrimək icazəsi yox idi. Lakin sonradan "Kəpəz" bizə rəy təqdim etdi və stadion ikinci dəfə təftiş olundu. Yalnız bundan sonra arenanın birinci yarısına azarkeşlərin girişinə icazə verildi. Amma məsələ təkcə stadionun təhlükəsizlik məsələsi deyil, paltardəyişmə, hakimlər və dopinq otağı, jurnalistlər üçün mətbuat konfransı zalı, media sektoru, istilik sistemi və s. məsələlər yerində təftiş olundu. Klub lazımi işləri görmüşdü. Demək olar ki, bəzi kosmetik işləri saymasaq, hər şey hazır idi, onlar da oyunadək aradan qaldırılmalıdır".
Gəncə şəhər stadionunda işıqlandırma sistemindəki problemdən də danışan Şahgəldiyev bunun klubun üzərinə düşən öhdəlik olduğunu deyib: "İşıqlandırma ilə bağlı problem təkcə “Kəpəz”də deyil, Tovuz və Şamaxı şəhər stadionlarında da var. İndi matçları erkən saatalara təyin edib təbii işıqdan yararlana bilirik, amma məsələn, 1-2 ay bundan qabaq isti hava şəraitində bunu edə bilmirdik. İşıqlandırma məsələsini müzakirə edəcəyik. Amma bu, əsasən klubların üzərinə düşən öhdəlikdir və o qədər də ucuz başa gələn bir sistem deyil. Hazırda məsələ ilə bağlı PFL-in idarə heyətində müzakirələr gedir, müvafiq qərar qəbul olunandan sonra ictimaiyyətə açıqlama veriləcək".
Vitse-prezident Premyer Liqanın oyunlarının çəkilişi ilə bağlı da problemlərin olduğunu qeyd edib: "Azarkeşlər oyunlara gəlsə də, yayımçı şirkət məcburiyyətdən elə yerdən çəkir ki, tərəfdarlar görsənmir. Tovuz şəhər stadionunda və “Azərsun Arena”da belə problemlər var, çalışırıq onları da aradan qaldıraq".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır