Müsbət məqam odur ki, "Qarabağ"da arxayınlaşma, rahatlaşma, futbolçularda özündənrazılıq hissi yoxdur. Yəni komanda hər oyuna sanki final matçı kimi yanaşır. 3:0 hesabı ilə irəlidə olduqları matçda belə, final fiti səslənənə qədər oyuna münasibətdə ciddiyyəti itirmirlər. Bu isə Qurban Qurbanovun oyunçularla daimi söhbətləri, onlara psixoloji təsiri ilə birbaşa bağlı faktordur.
Mən bu fikri ötən ilin yayından bir neçə dəfə səsləndirmişəm: "Qarabağ" tarixinin ən güclü mərhələsinə qədəm qoyub. Hətta 2017-ci ildə Çempionlar Liqasının qrupuna düşdüyü vaxtda belə, komandada bu qədər güc, mükəmməl və yaradıcı oyun sistemi, qarşılıqlı anlaşma olmayıb. Rəqibin kimliyindən asılı olmayaraq, komanda hücum futbolu oynayır. Qrupun 3 oyununda 7 qol vurub. Özü də böyük futbol ölkələri sayılan Almaniya, Fransa və Yunanıstan təmsilçilərinin qapısına. Bu, orta hesabla hər oyuna 2 qoldan çox deməkdir. Biz əvvəllər belə komandalarla görüşdə 1-2 qol buraxaraq uduzmağımıza şükür edərdik. Bu gün isə Ağasəlim Mircavadov zarafatla da deyir: “Bircə ona pis oluram ki, “Qarabağ” “Olimpiakos”a az qol vurdu”. Bu fikrin alt qatında qətiyyən hər hansı pis niyyət yoxdur. Sadəcə, görün, bir klubumuz Avropada artıq hansı yüksək mərtəbəyə gəlib çatıb.
Diqqəti bir məqam da çəkir. Hər mərhələdən mərhələyə, turdan turda komandanın oyun baxımından daha da irəli getdiyini görə bilirik. Mən şübhə etmirəm ki, bu, 50 yaşlı Qurban Qurbanovun indinin özündə belə öz üzərində daimi çalışması, futboldakı taktiki yenilikləri dərindən mənimsəməsi sayəsində baş verir.
Odur ki, indiyə qədər gördüklərimiz son deyil və biz "Qarabağ"dakı inkişafı, davamlı və daha yüksək uğurları bundan sonra da görə biləcəyik. Əsas odur ki, futbolçular zədələnməsin. Çünki 1-2 oyunçunun zədələnməsi bütün oyun sisteminə zərər vurur.
Sonda bir məqam. Gedişat onu göstərir ki, "Qarabağ"ın yarışdığı Avropa Liqasının G qrupunda liderliyin taleyi Bakıdakı son oyunda (3 noyabr) həll olunacaq. Həmin gün Ağdam klubu qrupun hazırkı lideri "Frayburq"u qəbul edəcək. İlk matçda "Qarabağ" səfərdə uduzsa da (1:2), alman mütəxəssislər özləri də etiraf etdilər ki, oyunun ədalətli nəticəsi heç-heçə olardı. "Qarabağ"ın bu mövsüm sərgilədiyi oyunlar, komandadakı hazırkı yüksək psixoloji durum ona ümid etməyə əsas verir ki, komanda qrupu lider kimi də başa vurub Avropa Liqasında 1/8 finala birbaşa vəsiqə qazana bilər...
Aydın Bağırov
Feysbuk paylaşımından...
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır