"Qarabağ"ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda səfərdə"Olimpiakos"a 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Belə çətin oyuna hazırlaşmışdıq. Bəlkə də ultra azarkeşlərin olması işimizə yaradı. Təzyiqi bir az aşağı saldı. Amma hansı komandaya qarşı oynayıb, hansı çətinliklərlə qarşılaşacağımızı bilirdik. Rəqibi yaxşı analiz etmişdik. İlk hissədə hesab daha fərqli ola bilərdi. Çox qol imkanımız oldu. "Olimpiakos"a öndə də çox imkan vermədik. Oyunun başlanğıcında çətin epizodlar yaşadıq. Həmin epizodlar, imkanlar oyunun dönüş nöqtəsi idi. Vaxt keçdikcə oyunumuzu daha da yaxşılaşdırdıq. İkinci hissədə topa sahib olmada biz az azlıq təşkil etdik. Amma buna baxmayaraq, sürətli əks-hücumlara çıxa bilirdik. Yekunda qalib gəldik. Komandamızın əziyyəti, baş məşqçimizin göstərişi ilə Azərbaycan xalqına layiqli qələbə qazandırdıq. Bəlkə də çoxları bunu gözləmirdi. Futbol ictimaiyyəti bilir ki, çətin səfərdəydik. "Qarabağ"ın adı Avropada artıq bir çox insana tanışdır. Bu gün də bir çox insana sübut etdik ki, biz "Qarabağ" olaraq futbol oynaya bilirik. Oyundan qabaq baş məşqçimiz bizə dedi ki, ölkə futbolumuz haqda deyilən mifdən uzaqlaşmaq lazımdır. Artıq biz səfərdə də oynaya bilirik, hücum edə bilirik. "Qarabağ"ın bu imkanları Azərbaycan futbolu adına böyük addımdır. Biz səfərdə də hücum oynaya bilirik, evdə də. Hər şey əla alındı.
- İlk dəfə Azərbaycan klubu avrokuboklarda ardıcıl 3:0 hesablı qələbə qazandı. Bunun sirri nədədir?
- Bunu, xüsusi dəyərləndirmək istəmirəm. Baş məşqçimiz keçən dəfə də qeyd etdik ki, elə oynayırıq ki, bəlkə böyükhesablı uduza da bilərdik. Daha çox hücumameyilli oynamaq istəyirik. Bəlkə yeri deyil demək, amma inanın, ikinci Qarabağ müharibəsindən sonra daha cəsarətli olmuşuq. Qurban Qurbanov da deyir ki, biz daha cəsarətli və inamlıyıq. Bu hadisələrin olması oyunumuzda müəyyən təzyiqi artırmağa kömək olur. Hesab haqda danışmaq doğru olmaz. 1:0, 3:0, 5:0 da ola bilərdi. Belə oyunlarda minimal hesabla qalib gəlmək oyunun sonlarında rəqib hesab bərabərləşdirə bilər. Bu, "Sürix"lə görüşdə olmuşdu. Amma 2:0 oyunun müqəddəratının həll olunmasına işarə idi. Bütün azarkeşlərimizi təbrik edirəm. Tarixi gün idi. Bütün Avropa və dünyaya göstərə bilirik ki, Azərbaycanda futbol var. Sadəcə olaraq, doğru və düzgün işləmək lazımdır. Başqa heç nə.
- "Olimpiakos" da özünə oxşamadı. Hansı məqamlarda onları üstələdiniz?
- Rəqibi kiçiltmək istəmirəm. Amma bu gün "Olimpiakos"un yaxşı oynamamasının səbəbi, bizim yaxşı oynamağımızdır. Doğrudur, rəqibin heyətində çoxlu zədəlilər var idi. Ola bilər ki, bunun da hər-hansı təsiri var idi. Amma ön xəttdə və yarımmüdafiə xəttində onları üstələyə bildik. Bəlkə də, "Olimpiakos" bizdən bu cür təzyiq gözləmirdi. Ancaq bunları yaradıb üstünlük əldə etdik.
- Özün necə, oyuna xüsusi hazırlaşmışdın?
- Xüsusi hazırlaşma, motivasiya var idi. Bunu siz də bilirsiz, bütün Azərbaycan da. Son dövrlərdə daha yaxşı olmağa çalışıram. Zaman keçdikcə məndən gözləntilər çoxalır. Bu məsuliyyəti dərk edirəm və indiki vəziyyətdə "Qarabağ"a daha layiq olmağa çalışıram. Bəlkə də, əvvəllər hansısa boşluqlar buraxa bilərdim. Son dövrlərdə yaşadığım hadisələrdən sonra daha çox diqqətimi "Qarabağ"a ayırmışam və bundan sonra da çalışacam ki, maksimum gücümü klubuma verim.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır