"Qarabağ"ın direktoru Emrah Çelikel Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Olimpiakos"a 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Çox gözəl oyun oldu. "Qarabağ" möhtəşəm idi. Bu böyük azarkeş təzyiqinə baxmayaraq, çox gözəl nəticə ilə qayıdırıq
- Böyükhesablı qələbəni gözləyirdiniz?
- Açığı, qələbəni gözləyirdim. Buna hamımız inanırdıq. Ancaq belə böyük hesabla olacağını təxmin etmirdim.
- "Nant" üzərində qazanılan 3:0 hesablı qələbə, ardınca "Olimpiakos"a eyni hesabla qalib gəlmək. Bunu nəyə bağlayırsınız?
- Bu, bizim üçün böyük məsuliyyətdir. Bunun davamlı olması lazımdır. Qrupdan çıxmalıyıq, sevinməliyik. Çünki "Qarabağ" bunu haqq edir, Azərbaycan bunu haqq edir. Futbolçuların əməyi, əziyyəti yerdə qalmamalıdır. Onlar da bunun üçün işləməlidir. Bu tendensiya inamın nəticəsidir. Həmişə deyirəm ki, "Qarabağ"ın ən böyük silahı inam və birliyin olmasıdır. Bu, olduğu müddətdə də davam edəcək.
- İnam "Qarabağ"ı bu mövsüm hara qədər aparacaq?
- Nə qədər inam var, o qədər davam edəcəyik.
- Vaxtı ilə Dino Ndolovunu Çin Superliqası klubuna, İbrahima Vadjini "Sent-Etyen"ə satdınız. Nə vaxtsa Qurban Qurbanova Avropanın samballı klubundan təklif gələrsə, ona reaksiyanız necə olar?
- Ona hamımızın reaksiyası Qurban Qurbanovla eyni olar. Biz onun həmişə ən düzgün qərar verməsinə öyrəşmişik. Qərarı nə olursa-olsun, hər kəs onu dəstəkləyəcək.
- "Qarabağ"ı Qurban Qurbanovsuz təsəvvür etmək olmur. "Qarabağ" deyəndə, Qurban Qurbanov canlanır insanın gözündə, Qurban Qurbanov deyəndə, "Qarabağ"...
- Razıyam. Bizim üçün sevindirici haldır. Biz Qurban Qurbanovun nə qədər əziyyət çəkdiyini görürük. O, ən yaxşı yerdə olmağı haqq edir. Amma bu gün ən yaxşı yer "Qarabağ"dır. Ona görə də Qurban Qurbanovun bizimlə olmasına çox şadıq, sevincliyik.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır