“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Olimpiakos”a 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib. Qol.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Futbolçularımı təbrik edirəm, vacib 3 xal qazandıq.Möhtəşəm stadionda, möhtəşəm azarkeşlərə qarşı oynamaq bizim üçün xoş idi. "Olimpiakos"a uğurlar arzulayıram. Bu qalibiyyət hələ heç nə demək deyil. Qarşıda bizi hələ 3 oyun gözləyir. Bu, 9 xal deməkdir. Az vaxtımız var. Bu görüşdəki səhvləri Bakıdakı matçda təkrarlamamağa çalışacağıq. Çünki "Olimpiakos"un futbolçuları çox bacarıqlıdır. Onlar səhvləri bağışlayan komanda deyil. Bakıdakı oyuna daha ciddi hazırlaşacağıq.
- "Olimpiakos" mənfi mənada sizi nə ilə təəccübləndirdi?
- Bu komanda haqda mənfi heç bir düşüncəm yoxdur. Təxmini gözləyirdik ki, 5-li müdafiə oynaya bilər. Heyəti görəndə dedim ki, 4-lü müdafiə oynayacaq. Amma meydana çıxanda gördüm ki, 5-li müdafiədə çıxış edirlər. Matçın əvvəlində müəyyən çatışmazlıqlar olsa da, sonradan oyuna nəzarəti ələ ala bildik. "Olimpiakos" barədə ancaq müsbət düşüncələrim var. Onlar daha da artırmağa layiqdir və potensialı böyükdür.
- 3-cü qoldan sonra futbolçularınız "Olimpiakos"un tribunalarına tərəf yaxınlaşdı və əl hərəkətləri etdi. Bu, hansısa iğtişaşa səbəb ola bilərdi...
- Elə ölkədə yaşayırıq ki, iğtişaş haqda, ümumiyyətlə, düşüncəmiz yoxdur. Bəzən futbolçu necə sevindiyini hiss etmir. Çempionat oyununda da belə qol sevinci olur. "Qarabağ" klubu olaraq, xüsusən də, xaricdə özümüzü düzgün idarə etməyə çalışırıq. Bura idman prinsiplərinə düzgün əməl etməyə gəlmişik. Həmişə ədalətli olmağa çalışmışıq. Dünəndən bu azarkeşlər haqda xoş sözlər deyirəm. Bu fikirlərimi futbolçular da eşidirlər. Həmişə öz aramızda danışanda deyirik ki, həmişə rəqibə, onun azarkeşlərinə hörmətlə yanaşmaq vacibdir.
- İbrahima Vadjinin "Sent-Etyenn"ə transferindən sonra hamı sizin hücumçuya ehtiyac duyduğunuzu deyirdi. Ancaq Ovusu Kvabena artıq bu boşluğu uğurla doldurur. Bu onu deməyə əsas verirmi ki, bu mövsüm üçün yeni hücumçu axtarışını dayandıracaqsınız?
- İlboyu hər mövqeyə oyunçu axtarışında oluruq. Hətta ən yaxşı oyunçularımızın mövqeyinə də axtarırıq. Çünki gələcəyi daha çox düşünürük. İlk növbədə futbolçularımızın performanslarını daha da yaxşılaşdırmaq istəyirik. Bəzən elə futbolçu olur ki, "yox" deyə bilmirsən. Ovusu yaxşı çıxışını davam etdirsə belə, qış fasiləsində istədiyimiz hücumçunu tapa bilsək, mütləq transfer edəcəyik. Vadjinin gedişinə sevinirəm. Transfer bazarında iştirak etmək Azərbaycan futboluna marağı artırır. Sabah daha yaxşı futbolçumuzu istəyə bilərlər və digər oyunçularla yolumuza davam edə bilərik.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır