"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Olimpiakos"la səfər matçından öncə mətbuat konfransı təşkil edib.
Qol.az xəbər verir ki, mütəxəssis konfransda oyuna hazır olduqlarını deyib: "Çox yaxşı stadionda sabah uğurlu nəticə əldə etməyə çalışacağıq. Bütün futbolçular hazırdır. Sadəcə, Marko Yankoviçlə bağlı sabah qərar verəcəyik. Həkimlərin müayinəsindən sonra durumuna aydınlıq gələcək. “Olimpiakos” barədə çox danışmağa ehtiyac yoxdur. Rəqibin baş məşqçisi yaxşı, bacarıqlı mütəxəssisdir. Aqressiv və sürətli futbol tələb edir. Son çempionat matçında da dinamika yüksək idi. Çılğın azarkeşləri olan komandalara qarşı aqressiv futbol sərgiləmək bizim üçün maraqlı olub. İnşallah, bu tərəfdən bir problemimiz olmayacaq. “Olimpiakos”u yeni baş məşqçinin rəhbərliyi altında cəmi bir oyunda izləmişik. Bu da çempionat matçı idi. Miçel haqda geniş məlumatım var, maraqlanmışam. Baş məşqçiyə qarşı tam hazırlaşa bilməyəcəyik. Çox istərdik ki, rəqibin bütün futbolçuları sabah meydanda iştirak eləsin, canlı görək. Futbolçularımın təcrübəsi var, bu oyuna hazır olacaqlar. “Olimpiakos” elə komandadır ki, oyunçular arasında fərq o qədər də böyük deyil. Bir-birlərini layiqincə əvəzləyə bilirlər. "Olimpiakos" kollektiv oyuna üstünlük verir. Heç vaxt kimisə digərlərindən üstün tutmamışam. Amma hər bir futbolçunun potensialını bilirik. Bununla bağlı bizdə lazımi məlumatlar var. Bəlkə də, “Olimpiakos”un baş məşqçisi 4-5 tur əvvəl gəlsəydi, bizə daha rahat olardı. Amma istənilən halda futbolçularım matça hazırdırlar".
Qurbanov bildirib ki, Yunanıstan təmsilçisi ilə görüşdə diqqətli olmalıdırlar: "Oyun ərzində görmədiyimiz detallar ola bilər. Bizi yalnız bu amil narahat edir. Amma öz oyunumuz haqqında düşünməli, meydanda daha çox mübarizə aparmalıyıq. Çox diqqətli olmalıyıq. İnanıram ki, maraqlı görüşün şahidi olacaqsınız. Matçın mahiyyətini başa düşürük. Rəqibin müsahibələrindən də hiss olunur ki, qarşılaşmaya çox ciddi hazırlaşırlar. Onlarla ardıcıl həm burada, həm də Bakıda üz-üzə gələcəyik. Hər iki tərəf üçün vacib matçdır. Oyuna tam hazır və çox istəkliyik. Sabah yaxşı mübarizə göstərmək istəyirik. Futbolçularıma güvənirəm".
Çalışdırıcı bunu da qeyd edib ki, növbəti mərhələ üçün mübarizə son turadək davam edəcək: "Müasir futbolda istənilən komandanın qalib gəlmə və məğlub olma ehtimalı var. “Olimpiakos”la oyuna sadəcə 3-cü tur matçı kimi baxıram. Son oyuna kimi hər qarşılaşma bizim üçün vacib olacaq. Dəfələrlə olub ki, üstün çıxış etməyimizə baxmayaraq, sonda qrupda qalmışıq. PAOK-la ardıcıl iki görüşdə də 4 xal qazansaq da, qrupdan çıxa bilməmişdik. Hər bir xalın bizim üçün böyük önəmi var. Bir məğlubiyyət hər şeyi dəyişə bilər. Hazırkı nəticəmizi daha da yaxşılaşdırmaq istəyirik. Qrupdakı hər 3 komandaya eyni gözlə baxırıq. Hər matça eyni ciddiliklə hazırlaşırıq və bu, hər zaman belə olacaq".
Qeyd edək ki, sabah "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı