Ötən gün AFFA İcraiyyə Komitəsi millimizin baş məşqçisi Canni de Byazi ilə müqavilənin daha bir seçmə mərhələ müddətinə uzadıldığını açıqladı. Milli komandamız Millətlər Liqasında qarşıya qoyulan hədəfə çatmasa da – qrup birincisi ola bilməsə də, italyan mütəxəssisə növbəti şans verildi.
Qol.az saytı mövzu ilə bağlı millimizin sabiq futbolçuları olan Vaqif Cavadovla Əfran İsmayılovun fikirlərini öyrənib.
Yığmamızın sabiq hücumçusu Vaqif Cavadov bildirib ki, yəqin millimizin Millətlər Liqasında qrup ikincisi olması AFFA-nı qane edib:
“Mən sözümü De Byazi ilə bundan əvvəl müqavilə bağlayanda demişdim, indi təkrarlamaq istəmirəm. O ki qaldı sözləşmənin uzadılmasına, bundan sonra nə demək olar ki. Xeyirli olsun. Yəqin belə məsləhət biliblər. Biz indi nə desək də, qərar dəyişilməyəcək. Hər halda bu məsələdə fikir ayrılığı var.
Yəqin ki, AFFA rəhbərliyini Millətlər Liqasında qrup ikincisi olmağımız qane edib ki, De Byazinin müqaviləsi uzadılıb. Bizə düşən isə yenə milliyə azarkeşlik etmək, onların yanında olmaqdır. İndi De Byazi millinin baş məşqçisidir. Yenə də gözləmək və işinə baxmaq lazımdır”.
Millimizin son 3 oyundakı qələbəsi nəyəsə ümid verirmi? Cavadov bu barədə belə düşünür: “Son qələbələr “Qarabağ”ın uğurlarıdır. Çünki komanda demək olar ki, “Qarabağ”ın futbolçularından təşkil edilib. Həm də “Neftçi”nin liderləri Emin Mahmudov və Eddi İsrafilov millidədir. Onlar yaxşı formadadırlar. Çünki Konfrans Liqasında oynayıblar. Digərləri isə “Qarabağ”ın futbolçuları olduğu üçün komandada ruh yüksəkliyi var. Performansları çox yüksək səviyyədədir. “Qarabağ”ın avrokuboklardakı uğurlu oyunları millidə özünü göstərir”.

"Milliyə Qurban Qurbanov gətirilmirsə, elə De Byazinin saxlanılması yaxşıdır"
Millimizin digər sabiq oyunçusu Əfran İsmayılov isə deyib ki, həmişə De Byazini tənqid etsə də, indi yığmanın oyununu bəyənir:
“Həmişə De Byazini tənqid edənlərdən biri mən olmuşam. Çünki oynatdığı futbolu heç bəyənməmişəm. Demək olar millimiz ki, 7-8 müdafiəçi ilə oynayırdı və hücuma çox çətinliklə çıxırdı. Nə qədər müdafiədə oturmaq olar? Bunun sayəsində də istənilən rəqiblə oyunda uduzurduq. Düşünürdüm ki, bu oyun taktikası ilə qrupda uzağı bir xal qazanacağıq. Amma son matçlara baxanda görürük ki, millimizin oyunu tamamilə dəyişib, əvəzetmələr, heyət seçimi normaldır. Görünür, komandada ab-hava da dəyişib, qol vururlar və müdafiəyə çəkilmirlər, ardınca yenə qol vururlar. Yaxşı əks-hücuma çıxıb rəqib qapısı qarşısında təhlükəli vəziyətlər yaradırlar. Yəni artıq komandada məşqçi işi görünür. Ən əsası 4-lü müdafiə sisteminə keçmişik. Mən bu oyun sxeminin tərəfdarıyam.
Yəni bunları nəzərə almaqla De Byaziyə daha 1 il şans vermək məncə, doğru qərardır. Amma gərək millimiz belə davam etsin. Təki Azərbaycan futbolu üçün xeyirli olsun, komandamız daha irəli getsin”.
Ə.İsmayılov onu da qeyd edib ki, milliyə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov gətirilmirsə, elə De Byazinin saxlanılması yaxşıdır. “Əlbəttə ki, Millətlər Liqasında 2-ci yerlə qane olmaq olmaz. Biz ancaq birinci olmalıydıq. Amma alınmadı. Komanda gec toparlandı. Qurban Qurbanovu milliyə gətirmirlərsə, başqa əcnəbi gələcəksə, elə ən doğrusu De Byazinin qalmasıdır. Çünki son vaxtlar komanda öz oyununu tapıb. Millimizə çağırılanlar da Azərbaycanın ən keyfiyyətli futbolçularıdır. İnanıram ki, bu komanda ilə nəsə etmək olar. Yəqin rəhbərlik də düşünüb ki, De Byaziyə şans verək, qələbələrin davamını gətirsin. İndi millimizi Avro-2024-ün seçmə mərhələsi gözləyir. Buradakı oyunlar Millətlər Liqasından 5-10 dəfə çətin olacaq. Buna görə De Byazinin məsuliyyəti daha artacaq. Bizə gözləmək və millimizə uğurlar arzu etmək qalır”.
Ramiq Ağaməmmədov
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır