Avropa Liqasının qrup mərhələsində “Olimpiakos” ilə qarşılaşacaq “Qarabağ” bir qədər sonra Yunanıstana yollanacaq.
Qol.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov hava limanında jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə Yunanıstan səfərinə matça bir gün qalmış getmələrinin səbəbini belə açıqlayıb:
"Bəzən proqramda dəyişikliklər olur. Bir gün əvvəldən səfərə gedirik. Vaxtımız az idi hazırlaşmağa. Bu səbəbdən Bakıda çalışmağa üstünlük verdik. Ümumən belə pis deyil. Futbolçuların durumu əvvəlkinə nisbətən yaxşıya doğru gedir. "Olimpiakos"a yeni rəqib deyə bilərəm. Baş məşqçiləri təzədir və son matçda fərqli oyun göstərdilər".
Qurban Qurbanov "Neftçi" ilə oyunu buraxan Marko Yankoviçin artıq fərdi məşq etdiyini söyləyib: "Marko Yankoviçin "Neftçi" ilə oyundan sonra 1-2 gün durumu ağır oldu. Dünəndən fərdi qaydada məşqlərə başladı. Hər şey yaxşılığa doğru gedir. Sabaha qədər vaxtımız var. Oyun vaxtı qərar verəcəyik".
Qurbanov səfər matçına qələbə üçün yollandıqlarını da bildirib: "Qalibiyyətin bizim tərəfdə olmasını istərdim. Hər şeyi nəzərə almaq lazımdır. Rəqibdə 2 məğlubiyyətdən sonra dəyişikliklər edildi. Məşqçini dəyişdilər. Çox narahat olduğum rəqiblərdə anidən məşqçi dəyişikliyinin yaşanmasıdır. Çalışırıq hər şey qaydasında olsun. "Olimpiakos" bizi daha yaxşı tanıyır. Belə hallar bizə böyük təcrübə verir. Rəqib bizimlə matça ciddi hazırlaşır. Oyun zamanı bəzi detallara çox diqqət etməli olacağıq. Futbolçuların üzərinə böyük məsuliyyət və güc düşəcək. Diqqətli olmalıdırlar".
Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
“Qarabağ”da 200-cü oyun
Premyer Liqada 60-cı qol
Son 15 mövsümün rekordu
"Hücum xəttini dəyişmək çətindir, ciddi rəqabət var"
Dilanovun dublu, "Ağdaş"ın 5 qollu qələbəsi - Video
"Qırmızı vərəqə planlarımızı pozdu" - Fizuli Məmmədov
Tovuzda vurulan 2 qol - Video
Matçın əlavə vaxtında 3 qol vurdular
"Sabah"dan qələbə, "Turan Tovuz" - "Zirə" matçında heç-heçə
"Gənc oyunçu şansı özü qazanmalıdır" - Kurban Berdiyev
"Barselona" Reşfordla razılaşıb
"Fənərbaxça"nın qapıçısı VAR ekranına zərbə endirdi - Video
Modriç mövsümü başa vurdu
"Sabah" - "Karvan-Yevlax": Heyətlər
"Araz Saatlı" "Göygöl"ə, "Ağdaş" "Şəki Siti"yə qalib gəldi
“Neftçi” - “Qarabağ” matçının biletləri satışa çıxarıldı
Rəqibə yumruq atdı, meydandan qovuldu - Video
Azərbaycan millisi Qazaxıstan yığmasına qalib gəldi
Kurtua "El-Klassiko"da oynayacaq?
Tovuzda heyətlər açıqlandı
AFFA hakimlər üçün sessiya təşkil etdi
Mbappenin durumu açıqlandı
Sonuncu dəfə “Qarabağ”a 5 il əvvəl qalib gəliblər
AFFA-nın stadionu yenilənir - Şəkillər
Jinyak 11 ildən sonra klubunu tərk etdi
O da DÇ-2026-nı buraxacaq
1-ci liqada həftənin hakimləri məlum oldu
FİFA DÇ-2026-nın mükafat fondunu artıracaq
Zubir bu yay "Qarabağ"dan ayrılacaqmı?
AFFA Lənkəranda festival təşkil edib
"Şaxtyor" çempionluğa yaxınlaşır
Azərbaycan millisi Avropa Kubokunda 1-ci oldu
"Barselona" onlarla yolları ayırır
Cəlal oynadı, komandası uduzdu
Məşhur futbolçu sərxoş olub barda yatıb qaldı