Tarixdə 8-ci, “Qarabağ”dan 2-ci

Tarixdə 8-ci, “Qarabağ”dan 2-ci
ÖLKƏ FUTBOLU 3 Oktyabr 2022 / 11:51 2261
-  A +

“Qarabağ” Misli Premyer Liqasının 2022/23 mövsümünün startında ardıcıl 7-ci qələbəsini qazanıb.

Qol.az xəbər verir ki, 8-ci turda “Neftçi” ilə görüşən Qurban Qurbanovun komandası xal itkisi ilə üzləşməyən yeganə komandadır. Bu, ölkə çempionatları tarixində 8-ci belə seriyadır. Cari mövsümədək 7 dəfə bir klub ilk yeddi qarşılaşmada xal itirməyib.

“Qarabağ” ikinci dəfə bunu bacarıb. Ağdamlılar 2019/20 mövsümünə də belə başlayıb.

Tarixdə yalnız 4 komanda belə starta imza atıb. “Qarabağ”dan başqa, “Neftçi” dörd (1992, 1994/95, 1996/97, 2000/01), “Şəfa” (2003/04) və “Xəzər Lənkəran” (2007/08) hərəyə bir dəfə ilk yeddi görüşdə qalib gəlib.

Qeyd edək ki, “Qarabağ” “Neftçi” üzərində 3:1 hesablı qələbə qazanıb.

Daha çox


Son xəbərlər
28.02.26  16:19

"Neftçi"də itki

topaz banner