"Bu gün komandaların ifasında maraqlı oyun gördük. Samir Abasova yeni işində uğurlar arzulayıram. Komandamdan yaxşı oyun gözləyirdim. Çətin olacağını bilirdim. Autsayder komandalar görüşürdü".
Qol.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Misli Premyer Liqasının 8-ci turunda bu gün "Sumqayıt"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, qolsuz başa çatan matçı belə dəyərləndirib: "Təzyiqə baxmayaraq, çox əla oyun nümayiş etdirdik. Komanda ümid verdi ki, gələcəyə daha əmin addımlarla gedib nəticə əldə etmək olar. Qol epizodlarımız oldu. Qalib gələ bilərdik. Görünən odur ki, komandanın özündə təzyiq çoxdur. Futbolçuların özlərinə və komanda yoldaşlarına o qədər də inamları yoxdur. Yavaş-yavaş bunlar hamısı düzələcək. 6 məğlubiyyətdən sonra komandanı toparlamaq çox çətindir. Oyuna diqtə edən tərəf biz idik. Epizodlar yarandı. Amma hələ ki, soyuqqanlılıq yoxdur. Futbolçularımızla fəxr edirik. Komanda qısa müddətdə bu səviyyəyə gəlib çatıbsa, gələcəkdə daha yaxşısı gözlənilir".
- Giorgi Kantariyanın artıq çəkidən əziyyət çəkdiyi görünür. Normal çəkidə olan bir futbolçu penaltini yerinə yetirə bilməzdi?
- Kantariyanın artıq çəkisi yoxdur. Biz çəkiyə nəzarət edirik. Bizdə ən yaxşı çəki Kantariya və Nicat Süleymanovdadır. Ümumilikdə isə penaltini çəkiyə görə təyin etmirik. Futbolçunun ustalıq səviyyəsi və texnikasına görə təyin edirik. Kantariyanın soyuqqanlılığı var. Məşqlərdə penaltilərin üzərində çalışanda Kantariya ən yaxşılardandır. Ona baxaraq qərar veririk. Giorgi bu gün oyunun ən yaxşılarından biri idi. Əsas penalti vuran Əfran İsmayılovdur. Təəssüf ki, Əfran isinmə hərəkətləri zamanı zədələndi. Buna görə məcburiyyətdən dəyişikliklər etdik. Futboldur, belə şeylər olur. Bu gün 1 xal qazanmadıq, 2 xal itirdik".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır